Əsas səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 18.04.2024, 20:04

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Sizcə Qarabağı hansı yolla azad etmək olar?
1. Müharibə
2. Sülh
3. Bilmirəm
4. Heç bir yolla
Всего ответов: 52
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2008 » Noyabr » 30 » Eyvaz Zeynalovun "İlk məhəbbət" hekayəsi YENİLƏNDİ
15:33
Eyvaz Zeynalovun "İlk məhəbbət" hekayəsi YENİLƏNDİ
İlk məhəbbət

(hekayə)



Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.

Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:

- Harda qaldın, Rasimə?.. - Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.

Rasimə üzünü səs gələn tərəfə çevirib:

- Gəlirəm, - dedi və əlindəki çaydanı krantın altına tutdu.

Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı. Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı. Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi... Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi. O vaxtdan o kişi bir də həyətdə görünmədi...

- Zərifə xalanın kişisi necə oldu, ana?.. - Bir dəfə balaca Ədhəm soruşdu.

- Öldü, bala. - Anası hüznlə bildirdi. - Yazıq xəstəydi...

“Ölmək” sözünün mənası Ədhəmə sonralar, tədricən çatdı...

Zərifə xalanın bir oğlu da vardı. Evliydi. Şəhərin başqa yerində yaşayırdı. Atası dünyasını dəyişəndən sonra neçə dəfə anasını yanına aparmaq istəmişdi, arvad razılaşmamışdı...

Ədhəm məhrəba ilə qurulana-qurulana pəncərədən boylanıb krantın üstünə bir də baxdı. Rasimə çağırılan qız dabanıəzik tuflilərini taqqıldada-taqqıldada xırda addımlarla Zərifə xalanın evinə girdi. Qapının güllü pərdəsini arxasınca saldı. Çəkib yanlarını düzəltdi...

Anası çörək doğradığı bıçağı kənara qoyub Ədhəmi tələsdirdi:

- Gəl otur, bala, yeməyini soyutma. Məktəbə gecikərsən.

Ədhəm stol arxasında soruşdu:

- Ana, Zərifə xalanın evindəki qızlar kimdi?..

ARDI BURADA

Категория: Maraqlı | Просмотров: 844 | Добавил: ilham134 | Рейтинг: 5.0/2
Всего комментариев: 2
2 Shoko_Bender  
0
emmm, uzr isteyirem, pis chixmasin....
bu yuxarida yazilan neyin elametidir?

bir de xahish ederdim ki, Eyvaz Zeynalovun kim odugun achiqlayasiniz_!!


1 easlle  
0
ela. axasi gelsin arada ozunde yazarliq ele qaqa yaxshi qelemin var ......

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Noyabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
     12
3456789
10111213141516
17181920212223
24252627282930
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024