Əsas səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 28.03.2024, 22:59

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Hansı İnternet-browserdən istifadə edirsiniz?
1. Opera
2. Mozilla
3. Explorer 7
4. Explorer 6
5. Netscape
6. Avant browser
Всего ответов: 29
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2008 » Dekabr » 7 » Bahalı şokolad qutusu
11:17
Bahalı şokolad qutusu
                                                

                                                Bahalı şokol
ad qutusu

                                                  ( hekayə )           

 

 

Hə, əzizlərim, sizə bahalı bir şokolad qutusunun başına gələn qəribə əhvalatı danışaca­ğam. O bayram münasibəti ilə şirniyyat fabrikində doldurulmuş ən gözəl, ən bahalı şokolad qutularından biriydi. Balaca, qəşəng bir qızın ad gününə alıb gətirmişdilər...

Qonaqlar hələ dağılışmamışdılar. Ad günü qeyd edilən balaca, qəşəng qız gözdən oğur­la­nıb hədiyyələr olan otağa keçdi. Cürbəcür şokolad, konfet qutularının arasında bahalı şoko­lad qutusu nəzərini daha artıq cəlb etdi. Qapağını qaldırdı. İçindəki şokoladlardan birini götü­rüb yedi. Çox dadlı, ləzzətliydi...

Valideynləri qızın hərəkətini bəyənmədi. Ancaq qız elə bilirdi ki, şokolad qutusunu gö­rən kimi ata-anasının da ağzının suyu axacaq. Onlar isə tamam başqa fikirdəydilər. Anası ba­halı şokolad qutusunu tərifləyə-tərifləyə ded:

- Bir məclisin yaraşığıdı. Dost-tanışa pay apararıq, üzümüzü ağardar...

Atası qutunu o tərəf-bu tərəfinə çevirdi, altına baxdı. Saxlama müddəti yazılmış yazı yaxşı oxunmurdu. 

- Bəlkə köhnədi, - dedi, - çox saxlamaq olmaz?..

Anası dedi:

- Filankəslər bizə köhnə şokolad gətirməz.

Sonra qutunun içindəkilər tərpənib səs-küy salmasın deyə nisbətən ucuz şokoladlardan bir dənəsini qızın yediyi bahalı şokoladın yerinə qoydular. Ağzını əvvəlki kimi səliqə ilə ya­pış­dırdılar. Açıldığı qətiyyən bilinmirdi...

Günlərin bir günü bahalı şokolad qutusunu təzə mənzilə koçmüş dostlarının ev görmə­si­nə apardılar...

Bax, elə həmin gündən də bahalı, qəşəng şokolad qutusunun qara günləri başlandı. Ev-ev gəzir, əldən-ələ keçirdi. Hər dəfə də gözləyirdi ki, ucuz konfet qutuları kimi onun da ağzını açacaq, içindəki dadlı şokoladları yeyəcəklər. Ancaq bahalı olduğuna görə heç kəs ona qıy­mır­­dı. Ötür-ötürə salmışdılar. Təkcə ona bükülən qəzet və kağızlar, torbalar dəyişirdi...

Artıq soyuducuların da köməyi dəymirdi. Şokoladlar yavaş-yavaş keyfiyyətini itirib qurdlamışdı. Bahalı şokolad qutusu indi onu evdən-evə ötürən, hər şeydən xəbərsiz adamların əvəzinə xəcalət çəkirdi. Onların üzünü ağarda-ağarda özü üzüqara olmuşdu...

İş elə gətirdi ki, bahalı şokolad qutusu başqa bir rayona səyahətə çıxdı. Lakin orada da onu dinc qoymadılar...

Bahalı şokolad qutusu hərlənib-fırlanıb təzədən geri qayıtdı. Əvvəlki rayona. Hətta əv­­vəlki evə...

O vaxtdan düz bir il keçmişdi. Balaca, qəşəng qız bir yaş böyümüşdü. Bahalı şokolad qu­tusu saysız-hesabsız evlər, müxtəlif markalı soyuducular gəzmiş və yenidən həmin qəşəng qızın ad gününə gəlmişdi...

Qız bahalı şokolad qutusunu görən kimi tanıdı. Qaçıb anasına dedi:

- Ana, xəbərin var, bizim şokolad qutusu qayıdıb!..

Valideynləri bu işə mat qaldı. Nəhayət, qutunu açdılar. Təəccüblü idi, qurdlar bahalı şo­koladların hamısını gəmirib yemiş, bircə sonradan qoyulmuş ucuz şokolada dəyməmişdi. De­mə, onlar da ağızlarının dadını bilirmiş...


Daha çox hekayələr...

Категория: Maraqlı | Просмотров: 1025 | Добавил: ilham134 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 easlle  
0
yerivar----gilevar

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Dekabr 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
1234567
891011121314
15161718192021
22232425262728
293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024