Əsas səhifə | Qeydiyyat | Giriş | RSSBazar ertəsi, 25.09.2017, 08:26

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Hansı İnternet-browserdən istifadə edirsiniz?
1. Opera
2. Mozilla
3. Explorer 7
4. Explorer 6
5. Avant browser
6. Netscape
Всего ответов: 29
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2009 » Yanvar » 16 » «Alov Qüllələri»
23:06
«Alov Qüllələri»
null
Göydələnlər 2011-ci ilin iyununda hazır olmalıdır


Bakıda, «Moskva» mehmanxanasının yerində «Alov Qüllələri» adlanan göydələnlər tikəcəklər.

Bu barədə «Azadlıq» radiosuna layihənin idarəedici şirkəti «Hill International»dan məlumat veriblər.

Layihənin qiyməti 350 milyon dollardır. Göydələnlər 2011-ci ilin iyununda hazır olmalıdır.

«Hill International» şirkəti bu həftə Bakıda nümayəndəliyini açıb.

Nümayəndəliyin rəsmisi Piter Sokit «Azadlıq» radiosuna deyib ki, sifarişçi Azinko Development MMC şirkətidir, binaları keçmiş «Moskva» mehmanxanasının ərazisində tikəcəklər:

«Orada üç bina və ticarət mərkəzi tikəcəyik. Bu, böyük layihədir. Amma bizim belə iri layihələrimiz olub. Yaxın Şərqdə və Amerikada həyata keçirdiyimiz layihələrin dəyəri milyard dollarla ölçülüb».

Sokit deyir ki, göydələnlərin yuxarı hissəsi məşəli xatırladacaq.

Odur ki, ona «Alov Qüllələri» adı veriblər.

«Hill International» layihənin dizaynını da hazırlayıb. Göydələnlərin ən hündürü 39 mərtəbəlidir.

Göydələnləri 235 min kvadrat metr ərazidə tikəcəklər.

Nüfuzlu «Hill International»ı Azərbaycana gətirən Azinko Development MMC-ni Bakıda tikinti sektorunu araşdıran qeyri-hökumət təşkilatları və ekspertlər tanımırlar.

Adında «Azinko» sözü olan Azinko Holding şirkəti deyir ki, bu MMC onlara aid deyil.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, tanınmamış şirkətin – Azinko Development MMC-nin belə iri layihəni həyata keçirməsi normal hal deyil.

Onun sözlərinə görə, indi Azərbaycanda tikinti layihələrinin əksəriyyətini MMC-lər, məhdud məsuliyyətli şirkətlər tikirlər, halbuki, dünyanın heç yerində MMC-lərə iri layihələri tapşırmırlar:

«MMC-lərin məsuliyyəti məhduddur, o, qüsurlara yol verirsə, balansında olan əmlakı satmaqla həmin ziyanı ödəmək mümkün olmur. Onun aktivləri az olur».

V.Bayramov deyir ki, keçən il Bakıda çoxmərtəbəli bina uçanda mənzil sahiblərinə dəyən ziyan ödənilmədi.

Çünki tikinti şirkəti MMC idi, onun əmlakı bunun üçün kifayət etmədi.

Ekspert bildirir ki, çox vaxt bu MMC-lərin arxasında məmurlar dayanır.

Məşhur «Engineering News Record» jurnalı «Hill International»ı ABŞ-ın 11-ci ən böyük tikinti menecment şirkəti elan edib.

Bu şirkətin layihə menecmenti anlayışına dizayn, büdcəyə nəzarət, işin planlaşdırılması, qiymətləndirmə, təftiş və s. daxildir.

Istinad mənbəsi

Категория: Xəbər | Просмотров: 572 | Добавил: easlle | Рейтинг: 5.0/1
Всего комментариев: 2
2  
Bir soz deye bilerem ki, bu torpaq buna dozmeyecek, chunki Xezer hem de Bakinin altindadir. Tikinti tamamlanmamish bu binalar chokecek_!! happy

1  
Necə fikirləşək bunu haqqında,,,,,???????

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Yanvar 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
   1234
567891011
12131415161718
19202122232425
262728293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2017