Ev almaq istəyirdim. Qohum-qardaşa, maklerlərə duy vurmuşdum ki, mənə münasib bir ev tapsınlar. Tapır, tuşudurdular. Baxır, bəyənmirdim. Hərəsi bir nöqsanı ilə məni qane etmirdi. Nəhayət, evlərdən biri yamanca ürəyimə yatdı. Ancaq qiymətini eşidəndə dağalladım.
- Bahadı, qardaş, – dedim, – oxşar evlərdən bir dəfə yox, üç dəfə bahadı!..
Ev sahibi mənalı-mənalı qımışdı:
- Bilirsən necə qonşularım var?..
- Yox, – dedim, – hardan?..
- Hə, bilmirsən, bilsən, belə danışmazsan. Qızıl kimi qonşulardı. Əlacımı allah kəsməsəydi dünyasında bu evi satmazdım. Belə qonşuları bir də hardan tapacağam?
- Qardaş, mənə ev lazımdı, ev alıram, – dedim, – qonşular... Ardın oxu...


problemlər nə vaxtsa bitəcək görəsən bilirsiz bu xəbərin
yerlşdirilidiyi vaxt,zaman dilimi ,və ya ha
G)-(O



Bu gün internetin 40 yaşı tamam olur. Məhz 1969-cu ilin sentyabr ayının
2-də 20 tədqiqatçıdan ibarət qrup Kaliforniya Universitetində Len
Klyanrokun laboratoriyasında toplaşaraq görünməmiş bir prosesin şahidi
olublar: iki kompüter uzunluğu üç metr olan boz rəngli kabel vasitəsilə
bir-birinə mətnli məlumat göndərməyə başlayıblar. Bununla da internetin
prototipinə, Arpanet şəbəkəsinə start verilib.