Əsas səhifə | Qeydiyyat | Giriş | RSSBazar ertəsi, 13.05.2024, 05:04

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Hansı antivirusdan istifadə edirsiniz?
1. Kaspersky
2. NOD32
3. Avast
4. Symantec
5. AVG
6. Dr.Web
7. Avira
8. Panda
Всего ответов: 46
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2008 » İyul » 24 » Azərbaycanın son 7 il ərzində xarici ölkələrdən aldığı hərbi texnikanın siyahısı dərc olunub
21:54
Azərbaycanın son 7 il ərzində xarici ölkələrdən aldığı hərbi texnikanın siyahısı dərc olunub
Azərbaycanın son 7 il ərzində xarici ölkələrdən aldığı hərbi texnikanın siyahısı dərc olunub

 Rusiyanın “Moscow Defense Brief” jurnalı Azərbaycanın 2000-2007-ci illərdə aldığı hərbi texnikaların siyahısını dərc edib.
Ötən il Rusiya ilə Azərbaycan arasında imzalanmış sənədə görə ölkəmiz 2008-ci ildə Arzamas maşınqayırma zavodunda istehsal olunmuş bir neçə ədəd BTR-90S və 70 ədəd BTR-80A alacaq: “2002-ci ildə Qəbələ radiolokasiya stansiyasının statusu barədə imzalanmış sənəddə Rusiyanın Azərbaycanın Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qüvvələrinin müasirləşdirilməsinə yardım göstərməsi, Azərbaycan hərbi qulluqçularının Rusiyada təhsil alması və həmçinin hərbi texnikanın təmir olunmasına yardım edilməsi barədə müddəalar öz əksini tapıb. Türkiyə 2005-ci ildə Azərbaycana 170 mln. dollar həcmində yardım göstərib. Azərbaycan həmçinin ABŞ və İsrail firmalarından kommersiya əsasında atıcı silahlar və müasir vasitələr əldə edir. Azərbaycan hazırda da Hərbi Hava Qüvvələri (HHQ) üçün yeni təyyarələr almağı planlaşdırır. 2005-ci ildə Azərbaycan Ukrayna ilə 12 MiQ-29 döyüş təyyarəsinin, 2 MiQ-29UB təyyarəsinin və 12 L-39 təlim təyyarəsinin alınması ilə bağlı müqavilə imzalayıb. Bu dövrdə Azərbaycan 12 ədəd Su-25 hücum təyyarəsi (ehtimal ki Çexiyadan) və 1 ədəd Su-27UB (Gürcüstan) alıb. Ukrayna ilə aparılan danışıqlarda Su-27 təyyarəsi və Su-25 hücüm təyyarəsinin alınması ilə bağlı razılıq əldə olunub. Eynu zamanda Azərbaycanın Mi-24 zərbə vertolyotları Ukraynada fəaliyyət göstərən Cənubi Afrikanın “South African ATE Companys Super Hind Mk-III Program” şirkəti tərəfindən modernləşdiriləcək”. Jurnal qeyd edir ki, Azərbaycan yaxın perspektivdə Çindən FC-1 yüngül qırıcı təyyarələri də almaq niyyətindədir. Məqalədə həmçinin Azərbaycanın aldığı silah və hərbi texnikaların siyahısı açıqlanıb. Siyahıya görə, Azərbaycan 2002-2006-ci illərdə 106 T-72 tankı alıb. Onlardan 45-i Ukraynadan (2004-2006), 60-ı Belarusdan (2005-2006), 1-i isə Slovakiyadan (2002) alınıb. Ölkəmiz həmçinin 2005-ci ildə Ukraynadan 2 BMP-1 zirehli texnikası alıb. 2006-cı iıdə 3 ədəd BTR-3U zirehli texnika, 2002-ci ildə Ukraynadan 36 ədəd 130 mm-lik M-46 mərmi yedəyi, 2002-ci ildə Bolqarıstandan 72 ədəd 100 mm-lik MT-12 tankəleyhinə mərmi, 2004-2005-ci illərdə Ukraynadan 12 ədəd 9RK58 Smerch reaktiv yaylım atəş sistemi, 2005-2006-cı illərdə Ukraynadan 85 ədəd PM-38 qumbaratanı, 2006-2007-ci illərdə Ukraynadan 12 ədəd MiQ-29 qırıcısı, 2006-cı ildə yenə Ukraynadan 2 ədəd MiQ-29UB, 2002-2005-ci illərdə Gürcüstandan 12 ədəd Su-25, 2005-ci ildə Gürcüstandan 1 ədəd Su-25 UB təlim təyyarəsi, 2006-cı ildə Ukraynadan 12 ədəd L-39 təlim təyyarəsi, 2000-ci ildə Türkiyədən 1 ədəd AB-25 patrul kateri, 2003-cü ildə ABŞ-dan 1 ədəd “Point” patrul kateri, 2001-ci ildə ABŞ-dan 2 ədəd kiçik patrul kateri, 2001-2005-ci illərdə Türkiyəən 30 ədəd kiçik patrul kateri alınıb. // APA

Категория: Xəbər | Просмотров: 1022 | Добавил: ilham134 | Рейтинг: 5.0/2
Всего комментариев: 6
6 cavalier  
0
Natiq qardas duz deyirsen bunlari nefin,qaizin gelirlerinin 10% ne aliblar qalanlarinida ciblerine.1993 ilden bu gune kimi 2008 ile kimi aldiqlari texnikaya silahlarina bax.. bununla fexr eleyirler... bunaliri da aliblar ki millete desinler ki biz pullari cibmize yox dovlet ucun xercleyirik

5 Shoko_Bender  
0
pul xerclemeye behane olsun deye_!!

4 ilham134  
0
Məncə hər şeyə yaxşı gözlə baxmaq lazımdır.Bu silahları alanlar bilirlər nəyə görə alırlar.

3 Shoko_Bender  
0
o "teze"deyilen texnikanin bir qismin gormushem, meselen:
Rocket Launcher 700, 2006 ci ilde irandan alinib, cemi 12 eded.
bu 12 luleli yivsiz ve tepmesiz top qurqusudur.
indi ise medalin eks terefine baxaq:
bu toplar 1956 ilin proyektidir, hemen bu topu 56 ilde rusiya icadedib, sonra iran deyishiklik edib. hemin bu toplar hal hazirda Chinde muzeydedir, Kosovoda guclu modifikasiya olunub, iranda ise oyuncaq yerine qoyan yoxdur, dai rusiyanin bu silaha munasibetin demirem.
adi "teze getirilmish silah" olan sheyin esl uzu budur_!!

2 tato  
0
eger bu yazilanlar doqrudursa ehsen demekden basqa soz sozdemeye ehtiyac yoxdur amma dahada cox almaq olardi cunki azerbaycan tebi ehtiyatlarindan(neft ve qazdan )cao gelir elde edir dry

1 easlle  
0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  İyul 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024