Əsas səhifə | Qeydiyyat | Giriş | RSSBazar, 05.05.2024, 21:44

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Мои статьи [6]
Sorğu
Hansı antivirusdan istifadə edirsiniz?
1. Kaspersky
2. NOD32
3. Avast
4. Symantec
5. AVG
6. Dr.Web
7. Avira
8. Panda
Всего ответов: 46
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Каталог статей

Главная » Статьи » Мои статьи

Cəhənnəm və Cənnət
                       

Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğəmbərə Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğəmbərlərinə və elçilərinə inanmalı, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (S,ə.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş verməsinə şübhə etməməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə də inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.

Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğəmbərə (s.ə.v.) inandıqlarını bildirərək: Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez belə sözlər işlədirlər: Cəhənnəm də burdadır, Cənnət də.

Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğəmbərləri də inkar etmiş sayılır

Cəhənnəmdən qorunma

Uca Allah deyib: Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir (ət-Təhrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.

Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.

Uca Allah deyib: Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun! (əz-Zumər,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim! (Müslim). Peyğəmbər, həmçinin deyib: Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək (Müslim)

Təsvir edilməyən xoşbəxtlik

Uca Allah deyib: Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. Onlar orada taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, onları (sahiblərinə) münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (Zəncəfil) orada bir çeşmədir ki, Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi ) oğlanlar olacaqdır. Onları gördükdə sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən. Əyinlərində taftadan və atlasdan yaşıl libaclar olcaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (Onlara belə deyiləcəkdir:) Bu sizin mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur! (əl-İnsan,11-22).

Əbu Hüreyrə danışırdı ki, Peyğəmbər (s.ə.v.) belə deyib: Böyük və Qüdrətli Allah deyib: Mən öz mömin bəndələrimə gözün görmədiyi, qulağın eşitmədiyi və ruhun hiss etmədiyini hazırlamışam. Əgər inanmırsınızsa oxuyun: Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlanıldığını heç kəs bilməz! (əs-Səcdə,17) (Əl-Buxarı, Müslim).



Категория: Мои статьи | Добавил: aznet (12.11.2007)
Просмотров: 1024 | Комментарии: 1 | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 easlle  
0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024