Əsas səhifə | Qeydiyyat | Giriş | RSSBazar, 05.05.2024, 18:38

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Мои статьи [6]
Sorğu
Hansı antivirusdan istifadə edirsiniz?
1. Kaspersky
2. NOD32
3. Avast
4. Symantec
5. AVG
6. Dr.Web
7. Avira
8. Panda
Всего ответов: 46
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Каталог статей

Главная » Статьи » Мои статьи

Hədislər və maraqli 4 sual..
                                      

Hədislər və 4 Sual..
1. "Böyük günahlar; Allaha ortaq qoşmaq, ana və ataya qarşı gəlmək, adam öldürmək və yalan yerə and içməkdir."
2. Rəsulullah (s): "Kim özü üçün faydalı iki hədis öyrənər və ya faydalanması üçün başqasına öyrədərsə, 60 il ibadətden daha xeyirlidir."
3. Həzrəti Mühəmməd(s) buyurur: Səni böyük olan Allah, namazı mənim gözümün işığı edib; ac adam -təamı, susuz adam- suyu sevdiyi kimi, mən də namazı sevirəm. Amma ac adam yəsə ,doyar, susuz adam su içsə sirab olar, mən isə namazdan doymaram.
4. Rəsuli-Əkrəm (s.a.v.v.) buyurur: Öz övladlarınızı üç şeylə tərbiyə edin: Peyğəmbərinizə məhəbbətlə, onun Əhli-Beytinə sevgi-istəklə və Qur`an oxumaqla.
5. Rəsuli-Əkrəm (s.a.v.v.) buyurur: “Namazda elə halda ol ki, sanki ömrünün axırıncı namazını qılırsan (namazı son dərəcə hüzuri-qəlblə qıl, e`dam hökmü verilmiş şəxsin e`damdan qabaq qıldığı son namazı kimi)”.
6. İmam Sadiq Əleyhissalam buyurur: Qəlb Allahın hərəmidir; belə isə Allahın hərəmində Ondan başqasına yer vermə (qəlbin məxfi guşələri Allaha məxsusdur, dünya məhəbbətini ondan xaric et.)
7. Rəsuli-əkrəm (s.ə.v.v.) buyurur: Ey camaat, həqiqətən məndən sonra heç bir peyğəmbər, sizdən sonra heç bir ümmət olmayacaq. Agah olun və öz Allahınıza ibadət edin, beş vaxtda namaz qılıb Ramazan ayının orucunu tutun, Rəbbinizin beytinin həccinə gedin, mal-dövlətinizin zəkatını səmimi qəlbdən verin və öz vəliyyi-əmrlərinizə (imamlarınıza) itaət edin ki, Pərvərdigarınızın cənnətinə daxil olasınız.
8. İmam Əmir əl-mö`minin Əli əleyhissalam buyurur: Xoş o kəsin halına ki, əməlini, elmini, məhəbbət və ədavətini, bir şeyi əxz edib və ya tərk etməsini, kəlamını, sükutunu, fe`l və dan ışığını Allah üçün ixlaslı (xalis)etsin.
9. İmam Sadiq əleyhissalam buyurur: Bizim şiələrimiz o şəxslərdir ki, xəlvətdə olarkən Allahı çox-çox yad edərlər(yə`ni günaha batmağa heç bir maneə olmadıqda Allahı yad etmək onun günah etməsinin qarşısını alır).
10. Övladlarınız arasında fərq qoymayın, fərq qoymaq lazım olsaydı mən qızları üstün tutardım, (Mühəmməd (s.a.v )
11. Rəsuli-Əkrəm (s.a.v.v.) buyurur: Xata və günahın kiçikliyinə deyil, kimin qarşısında günah etdiyinə bax!
12. ''Şirk, qaranlıq bir otaqda, qara bir daşın üzərində, qara bir qarışqanın ayaq səsi qədər həssas bir məsələdir''
13. İnsan (cismini nəzərdə tutaraq) natiq bir nəfsə sahib olaraq yaradıldı. Əgər bu nəfs elm və əməllə paklanırsa xilqətinin əsl başlanğıcı olan bir qrup ülvi cövhərlərə bənzəyəcəkdir. İnsan əgər ədalət məqamına yetişib və cismaniyyət maddələrindən uzaqlaşırsa, uca varlıqların bənzəri olur. O zaman insan heyvaniyyət aləmindən çıxıb, həqiqi məqamına nail olur.
14. Allah Rəsulu(s.a.a.s) buyurub: Bir müsəlmanın digər müsəlmandan üç gündən artıq küsülü qalarsa haram eləmiş olar.
15. Allah Rəsulu(s.a.a.s) buyurub: Qiyamət günü üç gözdən başqa bütün gözlər ağlayar: Allah qorxusundan ağlayan göz, naməhrəmə baxmaqdan yumulan göz və Allah yolunda gecə yatmayan göz.

Suallar..
1. Allahdan qorxmaq nə deməkdir ve o necə təsir göstərir ?
2. Allahdan qorxmaq və onun yolları ilə yerimək arasında hansı bağlılıq mövcuddur?
3. Insanın nümunəsi, Allah qorxusunun Ona olan məhəbbətlə bağlı olduğunu necə göstərir?
4. Ürəyimizdə Allah qorxusunu inkişaf etdirməyə nə kömək edə bilər?


P.S: Cavab verə biləcəksinizmi ?




Категория: Мои статьи | Добавил: aznet (12.11.2007)
Просмотров: 973 | Комментарии: 1 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 ilkin_757  
0
IBADET

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024