HZ.ALİn böyük qardaşı Cəfər b. Əbu Talibin oğlu Abdullah, isti bir gündə, bir qəbilənin xurmalığına enmişdi.Abdullah burada istirahət edərkən, xurmalıqda çalışan köləyə, yemək vaxtı üç parça çörək gəldiyini gördü. Adam çörəklərdən birini ağızına aparmaq üzrə idi ki,birdən qarşısında aclığı hər halından müəyyən bir it meydana çıxdı.Kölə əlindəki çörəyi itin önünə atdı. İt çörəyi dərhal yedi.Kölə çörəyin ikinci parçasını da atdı. İt bunu da bir defede sildi süpürdü. Kölə bunun üzərinə üçüncü parçanı da itə verdi. Qalxıb, yenidən işinə dönmək üzrə idi ki, olub bitəni uzaqtan seyr edən Abdullah, yaxınlaşıb soruşdu: "Ey kölə, bu günki yeməyin nə qədər idi?" Kölə sıxılaraq cavab verdi: "bu üç parça çörək." "O halda niyə özünə heç ayırmadın?" "Baxdım ki, heyvan çox aç. O halda buraxmaq istəmədim." "Yaxşı sən nə yeyəcəksən indi?" "Oruc tutacağam." Bunun üzərinə, Abdullah b. Cəfər, kölədən sahibini, evinin harada olduğunu.. soruşdu. Sonra da gedib adamdan bu xurmalığı içindəki köləylə birlikdə satın aldı Sonra döndü, köləyə bu tarlanı və onu sahibindən satın aldığını söylədi və əlavə etdi: "Səni azad edirəm. Bu xurmalığı da sənə hədiyyə edirəm." Comərdliyiylə məşhur Abdullah b. Cəfər, özündən daha comərd birini tanıyıb tanımadığı soruşulduğunda, bu hadisəni izah edər və: "Amma o itə cəmi üç parça çörək vermiş; sənsə ona böyük bir xurmalığı və azadlığını vermisən" dediklərində, bu qarşılığı verərdi: "Amma o əlindəki hər şeyi verdi; mən isə əlimdəkinin bir qisimini..."