Howard, yoxsul bir ailənin uşağı idi və məktəb xərclərini qarşılamaq üçün qapı qapı gəzərək əşyalar satırdı. O gün, heç bir şey sata bilməmişdi və qarnı da çox acdı. Bundan sonra çalacağı ilk qapıdan yeməyə bir şey istəməyə qərar verdi.Qapını açan sevimli gənc qadını görüncə utandı.Yeməyə bir şeylər yerinə - "Bağışlayarsınız, bir stəkan su xahiş edə bilərəmmi?" deyə bildi yalnız. Gənc qadın, uşağın ac ola biləcəyini düşünərək böyük bir stəkan süd gətirdi ona. Uşaq, südü yavaş yavaş içinə həzm edərək içdikdən sonra - "çox təşəkkür edirəm, borcum nə qədər?" deyə soruşdu gənc qadına. Gənc qadın, "Borcunuz yox" deyərək, üzündə isti bir gülümsəməklə davam etdi; - "Anam, göstərdiyimiz şəfqət və nəzakət qarşılığı olaraq əsla bir əvəz ödənməsini gözləməməmizi öyrətdi bizə" dedi. Uşaq "O halda çox təşəkkürlər, ürəkdən təşəkkür edirəm sizə" dedi. Howard Kelly, evin qarşısından ayrıldığı zaman özünü yalnız fiziki olaraq deyil, ruhi olaraq da güclü hiss edirdi. İllər sonra gənc qadın çox nadir rast gəlinən bir xəstəliyə yaxalanmışdı. Bölgədəki həkimlər çarəsiz qalınca, xəstəliyi ilə əlaqədar araşdırmalar edilməsi üçün onu böyük şəhərə göndərdilər. Dr. Howard Kelly, konsültasyon etməsi üçün çağrıldığı xəstənin hansı qəsəbədən gəldiyini eşidincə həyəcanlandı. Artıq gənc olmasa da illər əvvəl özünə sevgiylə yaxınlaşan qadını ilk gördüyü anda tanımışdı və onun həyatını qurtarmaq üçün əlindən gələni etdi. Uzun sürən müalicədən sonra qadın sağlamlığına qovuşdu. Dr. Kelly, nəzarət etməsi üçün önünə gətirilən ödəniş kağızına baxdı və üstünə bir şey yazaraq zərfin içinə qoydu və xəstə qadının otağına göndərdi. Qadın əlləri titrəyərək götürdü zərfi əlinə. Açmağa qorxurdu... Xəstəxana xərcini əsla ödəyə bilməyəcəyini və geri qalan həyatı boyunca bu xərci ödəmək üçün işləyəcəyini bilirdi. Sonunda zərfi açdı və kağıza ilişdirilmiş bir qeyd diqqətini çəkdi. Kağızda bunlar yazılı idi: - "Xəstəxana xərclərinin hamısı bir stəkan süd qarşılığı ödənmişdir."