Mayın 12-də “Hökmdarın taleyi” filminin premyerası keçirildiMəzmun
Film hökmdarın tənhalığı haqqındadır və bu problem dövlətçilik problemidir. Siyasəti ilə onun ətrafının razılaşmaması sonda İbrahim Xəlil xanın (Fəxrəddin Manafov) tək qalmasına gətirib çıxarır. Bu film Azərbaycanın o vaxtkı xanlıqlarının əmin-amanlıqda yaşaması üçün birləşib bir dövlət yaratmasından bəhs edir.
Film Haqqında
Filmin premyerası 2008-ci ilin aprel ayında olacaq.
Babək prospektində böyük sahəli bir anbarın içində pavilyon qurulmuş, o pavilyonda İbrahim xanın evini, İran şahının sarayını quraşdırmışlar. Minlərlə kostyum tikilmiş, eskiz əsasında həmin dövrün dəbinə uyğun bu kostyumlar üçün İrandan parçalar gətizdirilmişdir. İran qoşunlarının, rus qoşunlarının, Azərbaycan qoşunlarının ifaçılarının hər biri üçün ayrıca forma tikilmiş, həmin dövrün silahları, toplar, mərmilər, tüfənglər və s. zavodlarda sifariş olunmuşdur. Otuzdan çox müəssisə bu film üçün işləmişdir.[2]
Filmin çəkilişlərinə 2005-ci ildən başlanılmışdır.
Azərbaycan dilində kiçik rollar Bakıda, əsas rollar isə “Mosfilm”in nəzdində fəaliyyət göstərən “Ton studio”da səsləndirilmişdir.
Film Azərbaycanda bu günə kimi istifadə edilməyən dolbi 1/5 sistemində səsləndirilmişdir.
Bütün texniki avadanlıqlar, eləcə də işıq və səs avadanlıqları Moskvadan gətirilmişdir.
Son çəkiliş günü 2006-cı ilin 3 Oktyabrında olmuş və 2007-ci ilin avqustun 1-ə qədər montaj işi getmişdir.
Çəkilişlər bitdikdən sonra filmin kütləvi səhnələrində istifadə olunan geyimlər, silah və toplar ödənişlə “Cavad Xan” filminə verilmişdir.
Filmin HeyətiFilmin üzərində İşləyənlərProdüser : Vaqif Əsədullayev
Quruluşçu Rejissor : Ramiz Fətəliyev, Fəxrəddin Manafov
Ssenari Müəllifi : Elçin
Quruluşçu Operator : Dilşad Fatxulin
Bəstəkar : Polad Bülbüloğlu
Montaj edən : Vaqif Əsədullayev, Elşad Rəhimov
Səs Operatorları : Ələkbər Həsənzadə, Tariyel Həsənzadə
RollardaFəxrəddin Manafov-İbrahim xan
Günəş Əliyeva-Ağabəyim ağa
Pərviz Məmmədrzayev-Fətəli şah
İlya Şakunov-Rus çarı
Aleksandr Qalibin-Knyaz Sisianov
Fuad Osmanov-Erməni
Rafiq Əliyev (II)-Vanya Yüzbaşı
Sənubər İsgəndərli-Tuba xanım
Məmməd Səfa-Əmiraslan
Kamran Yunus-Əbülfəz xan
Vidadi Əliyev-erməni
Aysu Əfəndiyeva-Cavad xanın qızı
Yuri Baliyev-Portnyaqin
Mehriban Zəki-Cavad xanın arvadı
Manaf Dadaşov-Sonqulu ağa
Muxtar İbadov-Bakı xanı
Leyli Hüseynli-Gövhər
Əli Cəfərov-Saday bəy
Daniil Spivakovskiy
Saydo Qurbanov-Mirmövsüm ağa
Vidadi Həsənov-Cavad xan
Çəkilişə Köməklik edən QurumlarAzərbaycan Respublikası Nazirlər Kabineti
Azərbaycan Respublikası Müdafiə Nazirliyi
Azərbaycan Respublikası Maliyyə Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət və Turizm NazirliyiÇəkilişə kömək edənlər
Əbülfəs Qarayev