Bu gün Mak.az`da oxuduğum xəbərə görə Microsoft`un bizdəki təmsilçiliyinə yeni rəhbər gəlibdi. Maraqlı orası olduki mənə yeni rəhbər Azərbaycanlıdır. Bundan əvvəlki rəhbər əcnəbi olubdur. Belə vəzifələrdə yerli kadrların işləyə bilməsi sevindiricidir. Yəni haqqı olaraq işləmələrini nəzərdə tuturam. Bacarığı olduğu, ona bu işdə etibar edilməyə layiq olduğu üçün. Microsoft kimi bir şirkətin də bu cür kriteriyalara əməl etdiyini fikirləşəndə sevindirici haldır. Xəbərin tam məzmunu isə belədir: «Microsoft» Korporasiyası «Microsoft Azerbaijan» şirkətinin yeni baş direktoru vəzifəsinə Teymur Axundovun təyin olunmasını elan edib. O, bu vəzifədə Vladimir Çaykovskini əvəz edib. Çaykovski, müqavilə bitdikdən sonra, «Microsoft Ukraine» ofisinə dövlət idarələri ilə iş üzrə direktor işinə keçib. Axundov Korporasiyada fəaliyyətinə 2005-ci ildə Azərbaycanda və Gürcüstanda dövlət təşkilatları və korporativ sifarişçilərlə iş üzrə departamentin direktoru kimi başlayıb. «Biz burda işə iki il əvvəl başlamışıq və ötən müddət ərzində müsbət nəticələrə nail olmuşuq. Mən əminəm ki, biz tərəfdaşlarımızla, sifarişçilərimizlə sıx işləyərək və əlbəttə, dövlətin dəstəyi ilə, şirkətin Azərbaycanda gələcək inkişafını təmin edə biləcəyik», - yeni baş direktor deyib. Axundov Azərbaycanın informasiya texnologiyaları bazarında on beş ildən artıq iş təcrübəsinə malikdir. İnformasiya texnologiyaları sahəsində ali təhsili var: 1991-ci ildə Azərbaycan Sənaye İnstitutunu (indiki Azərbaycan Dövlət Neft Akademiyası) «İnformasiya-hesablama texnikası» ixtisası üzrə bitirib. «Microsoft Azerbaijan» şirkəti 2005-ci ildən işləyir. Onun vəzifələrinə Azərbaycan ərazisində proqram təminatı bazarının inkişafı və korporasiya məhsullarının irəliləməsi, tərəfdaş və sifarişçilərin dəstəklənməsi, həmçinin, korporasiyanın yeni texnologiyasının lokallaşdırılması və sosial layihələrin reallaşdırılması daxildir. Istinad: Oxatan.com
|