Peter Çex : "Məsələni penalti seriyasına qədər uzatmaq fikrimiz yoxdur"
Türkiyə millisi AÇ-nin ¼ finalına çıxmaq üçün bu gün çexləri məğlub etməlidir. Oyun heç-heçə başa çatsa, qalibi müəyyənləşdirmək üçün dərhal 11 metrliklər təyin ediləcək. Çexiya yığmasının qapıçısı Peter Çex məsələnin bu həddə gəlib çatmayacağını düşünür: “Sözsüz ki, qalibi müəyyənləşdirmək üçün püşk atılmaqdansa, penalti zərbələri yerinə yetirmək daha yaxşıdır. Ancaq fikrimcə, buna ehtiyac olmayacaq. Çünki məsələni penalti seriyasına qədər uzatmaq fikrimiz yoxdur. Belə də olacağına şübhə etmirəm. Türkiyə yığmasını oyunda məğlub edəcəyik. Mən buna əminəm”. //APA