Əsas səhifə | Qeydiyyat | Giriş | RSSŞənbə, 23.11.2024, 12:16

AzNET Hər şey burada!




Daxil ol
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Sizcə Qarabağı hansı yolla azad etmək olar?
1. Müharibə
2. Sülh
3. Bilmirəm
4. Heç bir yolla
Всего ответов: 52
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2008 » İyun » 15 » "SƏMA QATİLLƏRİ"
13:26
"SƏMA QATİLLƏRİ"

ERMƏNİLƏRİ "SƏMA QATİLLƏRİ" İZLƏYƏCƏK

ERMƏNİLƏRİ

Azərbaycan 10 pilotsuz təyyarə ilə Dağlıq Qarabağa səmadan nəzarət edəcək

QayNar: Azərbaycanın Müdafiə Nazirliyi İsrailin "Silver Arrow" şirkətindən "Hermes 450" tipli 10 çoxfunksiyalı pilotsuz uçan təyyarə almağa hazırlaşır.
Bu təyyarələrdən ermənilər tərəfindən işğal edilmiş ərazilər və Dağlıq Qarabağın səmadan kontrol altında saxlanması üçün istifadə ediləcək.
Bu Barədə məlumat verən "Ekspress" qəzeti bildirir ki, İsrailin hərbi-sənaye və aviasiya kompleksinin aparıcı müəssisələrindən olan "Elbit Systems"in törəmə şirkəti "Silver Arrow" ilə danışıqlar mart ayında başlanıb, apreldə başa çatdırılıb.
Müşahidə, patrul, kəşfiyyat və səmadan raket-bomba zərbələrinin endirilməsi, habelə hərbi əməliyyatlar zamanı kommunikasiyaları və rabitəni dəstəkləmək üçün nəzərdə tutulmuş "Hermes-450" bütünlüklə kompozit materiallardan hazırlandığından düşmənin hava hücumundan müdafiə sisteminin radiolokasiya qurğuları tərəfindən aşkarlanması çox çətindir.
Pilotsuz təyyarənin standart təchizat komplektinə "Elta EL-M-2022H" axtarış radiolokasiya stansiyası, "İRTV-445G Mk II" infraqırmızı uzuqluqölçən, monoxrom "Controp ESP-1H" və ya rəngli "ESP-600C" televiziya kamerası daxildir. "Hermes 450"yə "İAİ Tamam POP" və ya "MOSP" ölçmə qurğuları da quraşdırıla bilər. Səmada olarkən təyyarə GPS məlumatlarından istifadə edərək muxtar rejimdə uçur. O, cəmi 350 metr uzunluğu olan uçuş-enmə zolağından səmaya qalxıb-enir.
70 at gücü qüvvəsində "R802" tipli mühərrikə malik "Hermes 450" pilotsuz təyyarəsinin fəaliyyət radiusu 100 km, maksimal uçuş müddəti 20 saat, kreyser sürəti isə 130 km/saatdır.
"Hermes 450"-dən ibarət kəşfiyyat kompleksinə 4-5 pilotsuz təyyarə daxil olduğundan, Müdafiə Nazirliyinin erməni işğalında olan əraziləri 2 belə kompleks vasitəsilə nəzarətdə saxlamaq fikrində olduğunu iddia etmək mümkündür.
Azərbaycanın Müdafiə Nazirliyinin müraciət etdiyi "Elbit Systems"ə gəldikdə isə, mərkəzi ofisi Xayfa şəhərində yerləşən bu şirkətin Karmiel, Rehovot və Nataniyada müəssisələri var. İllik dövriyyəsi $2 milyarda çatmış şirkət avionika, radiolokasiya, artilleriya və raket nişanalma texnikası, kosmik kəşfiyyat peykləri istehsalı ilə məşğul olur.
İsrail hərbi-sənaye kompleksindəki mənbələrin verdikləri məlumatlara görə, "Hermes 450" Azərbaycana satılacaq ilk pilotsuz kəşfiyyat təyyarələri olsa da, əməkdaşlıq gələcəkdə də davam edə bilər. Belə ki, erməni işğalında olan ərazilərlə Dağlıq Qarabağı səmadan nəzarətdə saxlamaq üçün rəsmi Bakı "Silver Arrow Hermes 1500", "Darter", "Sniper" və Hermes 900" pilotsuz təyyarələri arasında seçim aparılaraq, onlardan bir tipinin də alınması istisna olunmur.
"Hermes 450" ilə bağlı müqavilənin dəyərinə gəldikdə isə, "Ekspress" əməkdaşının suallarına Müdafiə Nazirliyinin yetkililəri konkret cavab vermədilər. Lakin "Elbit Systems"in rəsmi saytında bildirilir ki, bu pilotsuz təyyarələrinin hər birinin qiyməti təqribən $2 milyondur.
Yerüstü idarəetmə və yönləndirmə sistemlərinin də daxil olunduğu müqavilənin dəyəri isə $10 milyon olduğundan, Müdafiə Nazirliyinin "Silver Arrow"ya minimum $25 milyon ödəyəcəyini söyləmək olar.
Sonda onu da deyək ki, İsrail ordusu "Hermes 450"dən Fələstindəki radikal qruplaşmalar və terrorçulara qarşı "nöqtə zərbələri" endirmək üçün istifadə edərək pilotsuz təyyarələri "hava-yer" tipli raketlərlə də təchiz edib. Belədə Azərbaycanın satın almağa hazırlaşdığı 10 "Hermes 450" həm də ideal "səma qatili" funksiyasını yerinə yetirərək erməni işğalı olan ərazilərdə düşmən mövqelərini və texnikasını, habelə canlı qüvvəsinə zərbələr endirmək üçün də istifadə edilə bilər.



Oxunub: 97 dəfə.
Forumda müzakirə et
Категория: Xəbər | Просмотров: 774 | Добавил: aznet | Рейтинг: 5.0/1
Всего комментариев: 1
1 easlle  
0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  İyun 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024