Türkiyəli xakerlər internet koordinatorlarının saytlarını dağıdıblar
QayNar: NetDevilZ qruplaşmasından olan türkiyəli xakerlər internet ünvanlarını və protokolları müşahidə etmək funksiyaları olan İCANN təşkilatının saytını dağıdıblar. Eləcə də, internetin adres məkanı ilə idarə olunan LANA təşkilatının saytı da məhv edilib. "Qaynar.info"-nun məlumatına görə, cümə günü, iyunun 27-də İCANN və LANA-nın saytlarına daxil olarkən istifadəçilər növbəti məlumatı görüblər: “"You think that you control the domains but you don't! Everybody knows wrong. We control the domains including ICANN! Don't you believe us?". Xaker göndərişlərini oxumağa kifayət edə biləcək bir neçə saniyə keçdikdən sonra internet resursunun bütün ziyarətçiləri AtSpace.com saytına daxil olublar. Bildirilir ki, icann.com, icann.net, iana.com və iana-servers.com internet ünvanlarında yerləşən saytlar dağıdılıb. Dağıdılandan 20 dəqiqə sonra İCANN və LANA resurslarının işi dayandırılıb. Əvvəllər NetDevilZ qruplaşması fotoşəkillərin mübadiləsi ilə məşğul olan məşhur internet resursu Photobucket və pornosayt olan Redtube-ni də dağıtmışdılar. //Rəhmiyyə Hüseynova, QayNar