Gülmə krizinə yol açan beynindəki şiş səbəbindən 3 yaşlı ingilis Kadell Hoqqanın həyatı təhlükədədir
QayNar : Yer üzündəki bütün ata-analar uşaqlarının üzlərindən gülüş əksik olmasın deyə dua etdiyi halda, ingilis Lusi Hoqqan (38), 3 yaşlı oğlu Kadellin hər gülüşü zamanı onu itirəcəyindən qorxur. Beynində, tibbi ədəbiyyatda "hipotalamik hamartoma" adı verilən gülmə krizinə yol açan şiş tapılan Kadellin gülüş növbələrinin 1 saata yaxın davam etdiyini söyləyən anası, "Növbə zamanı Kadellin gözləri qorxu içərisində olur. Kriz keçirdikdən sonra ağlamaya başlayır. Gündə 10 dəfə gülmə krizinə girir" dedi. Həkimlər isə beynindəki şişin mütləq bir cərrahi əməliyyatla çıxarılmasının lazım olduğunu, əks təqdirdə gülmə krizinin hər an Kadelli öldürə biləcəyini açıqladı. Şişin epilepsiya və psixi pozğunluqlara yol açdığını da bildirən ana Hoqqan isə "Əməliyyat çox riskli olduğu üçün ehtiyat etdiyini" ifadə etdi. //Rəşad Səfərov, QayNar