Keçənlərdə milli xəbər agentliklərində surf edərkən - ANS-PRESS -də belə bir xəbərə rast gəldim və qərara gəldimki olduğu kimi copy & paste edib sizlərin nəzərinə çatdırım. Ümüdvaram ki bu news barəsində fikirlərinizi bildirməyi unudmazsınız.
Bu barədə rabitə və informasiya texnologiyalari naziri Əli Abbasov məlumat verib
Azərbaycanda elektron təhlükəsizliyi həyata keçirən dövlət strukturunun yaradılması nəzərdə tutulur. Bu barədə rabitə və informasiya texnologiyalari naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, bu qurum elektron şəbəkədə kiber cinayətlərin qarşısını alacaq, eləcə də Azərbaycanin internet məkanına nəzarət edəcək. Belə ki, respublikada İKT genişləndikcə bu sahədə cinayətlər artıb. Bu isə öz növbəsində Cinayət Məcəlləsinə və digər qanunlara dəyişikliklərin edilməsini zəruri edir.Nazir bildirib ki, bu strukturun yaradılmasi və fəaliyyəti “kibercinayətkarlıq haqqında beynəlxalq konvensiya”da da öz əksini tapdığından internet üzərində senzura sayıla bilməz.
Nazirin sözlərinə görə, yaradılacaq qurum Dağlıq Qarabağ ın bir çox ölkələrin internet resurslarında, internet saytlarda müstəqil ölkə və ya Ermənistanin tərkib hissəsi kimi göstərməsinə də nəzarət edəcək. Nazirin sözlərinə görə, MDB ölkələri, Latın Amerikası dövlətləri bu məsələdə Azərbaycanın mövqeyini müdafiə edəcəklərini və öz resurslarında belə səhvlərə yol verilməyəcəyinə söz veriblər. Əsas problem isə inkişaf etmiş Qərb ölkələri ilə bağlıdır: “Onlar öz mövqelərini belə izah edirlər ki, dövlətin özəl şirkətlərə, KİV-ə təsirləri zəifdir. Buna görə də qeyd olunan məsələ ilə bağlı hansısa internet şirkətinə, sayta, KİV-ə birbaşa təsir göstərə bilməzlər”.
Alıntıdir özüdəki nəyi var.