Əsas səhifə | Qeydiyyat | Giriş | RSSÇərşənbə, 24.04.2024, 06:08

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Hansı antivirusdan istifadə edirsiniz?
1. Kaspersky
2. NOD32
3. Avast
4. Symantec
5. AVG
6. Dr.Web
7. Avira
8. Panda
Всего ответов: 46
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2008 » İyul » 24 » Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar
21:57
Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar
Ermənilər işğal etdikləri ərazilərdə 800- dək məscid dağıdıblar

Rəbiyyət Aslanova: «Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır. Biz, ermənilərdən fərqli olaraq, varvar deyilik»

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında 800-dək məscid dağıdıblar. «Bu olduqca dəhşətli bir haldır və vəhşilikdir», - bunu çərşənbə günü Milli Məclisin İnsan hüquqları daimi komissiyasınını sədri Rəbiyyət Aslanova Bakıda səfərdə olan Los-Anceles tolerantlıq muzeyinin rəhbəri Abraham Kuperin rəhbərlik etdiyi nümayəndə heyyəti ilə görüşdə deyib.
Aslanova vurğulayıb ki, ermənilər azərbaycanlara məxsus qəbirisanlıqları da dağıdıblar. «Buna baxmayaraq, Azərbaycanda erməni kilsəsi qorunub saxlanılır. Biz, ermənilərdən fərqli olaraq, varvar deyilik», - deyən Aslanova vurğulayıb ki, vaxtilə ermənilər Azərbaycanda digər dini konfessiyalar kimi yaşayıblar. «Ermənilər azərbaycanda yaradılmış tolerantlıqdan başqa məqsədlər üçün istifadə etdilər. Dağlıq Qarbağ münaqişəsinin bu həddə çatması erməni şovinizm siyasətinin nəticəsidir», - deyən Aslanova əlavə edib ki, bütün bunlara baxmayaraq, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini istəyir.
Kuper isə bildirib ki, bir çox xalqlar və dünya ölkələri Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumata malik deyillər. «Mən Bakıda ermənilərin məscidləri dağıtması barədə məlumat eşidəndə dəhşətə gəldim», - deyən qonaq vurğulayıb ki, o, Azərbaycan nümayəndə heyətini ABŞ-a səfərə dəvət edib. Kuperin sözlərinə görə, səfər zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün müəyyən görüşlər keçirilə bilər. «Biz bu səfərin baş tutmasında maraqlıyıq», - deyə qonaq bildirib. //Trend

Категория: Xəbər | Просмотров: 824 | Добавил: ilham134 | Рейтинг: 5.0/1
Всего комментариев: 3
3 Shoko_Bender  
0
1936-ci ile qeder Azerbaycan xristian sayilirdi, ve bu kilseler Azerbaycanlilara aid idi, grigoryana yox_!!

2 ilham134  
0
Mən bilmirəm görəsən nəvaxta kimi biz öz Alban kilsələrimizi erməni kilsəsi kimi təqdim edəcəyik? cool

1 easlle  
0
belede cindir ermeniler albanlarin(aran turklerinin) dini ocaqlarini menimseyerek ozlerinin ki edibler indide bizimkiler bu kilseleri ermeininki deye bilirler.
mescidlere geldikde ise onlar gec tez ye niden inshaa edeciyik .Inshallah.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  İyul 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024