Yaponiyanın Toshiba şirkətinin mühəndisləri bütöv şəkildə televiziya ekranına çevrilməsi mümkün olan elektron divar kağızı üzərində işləyirlər. Kağızın işıq keçirmə qabiliyyəti üzvi işıq diodlar (OLED) vasitəsi ilə əldə olunub. Belə vəziyyətdə yeni texnologiyanın köməyi ilə nəinki divara təsvir çıxarmaq, həmçinin divar kağızlarını işıq mənbəyi kimi istifadə etmək mümkün olacaq. Bundan əlavə nəzərə olmaq lazımdır ki üzvi işıq diodlar əsasında işləyən ekranların enerji sərfiyat səviyyəsi, maye kristal və ya plazma displeylərlə müqayisədə xeyli aşağıdır.
Bundan əvvəl yalnız kiçik diaqonallı OLED-ekranlar istehsal olunurdu. Toshiba mühəndisləri silisium 2-oksid molekullarından “tor” yarada biliblər. Həmin “tor” daha effektiv işıq keçirməni təmin edir. Nəticədə enerji sərfiyyat səviyyəsini xeyli azaltmaq mümkün olub.
Elektron divar kağızlarının işlənib hazırlanması 2008-ci ildə başlanıb. Buna baxmayaraq texnologiya hələ ki öyrənilmə mərhələsindədir, onun kommersiya istifadəsinə isə yalnız bir neçə ildən sonra çıxarılması gözlənilir.