Əsas səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 26.12.2024, 22:27

AzNET Hər şey burada!




Daxil ol
Menyu
Bölmələr
Xəbər [46]
Tarix [7]
Soft [13]
Yeni Bakı [1]
Maraqlı [23]
Programlar [2]
Yükləmələr
İdman [5]
Oyunlar [4]
Ekran qoruyucuları [0]
İKT Xəbərlər [21]
Divar kağızları [1]
MP3 [0]
Video [2]
Avtomobil [1]
Artlantis 3D objects [1]
Sorğu
Bu saytı nece qiymətləndirirsiniz?
1. Əla
2. Dəhşət pisdir!
3. Yaxşı
4. Pis deyil
5. Pis
Всего ответов: 63
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0
Главная » 2009 » Dekabr » 1 » Eyvaz ZEYNALOV. Ev, üstündə də qonşular
15:28
Eyvaz ZEYNALOV. Ev, üstündə də qonşular

1Ev almaq istəyirdim. Qohum-qardaşa, maklerlərə duy vurmuşdum ki, mənə münasib bir ev tapsınlar. Tapır, tuşudurdular. Baxır, bəyənmirdim. Hərəsi bir nöqsanı ilə məni qane etmirdi. Nəhayət, evlərdən biri yamanca ürəyimə yatdı. Ancaq qiymətini eşidəndə dağalladım.
- Bahadı, qardaş, – dedim, – oxşar evlərdən bir dəfə yox, üç dəfə bahadı!..
Ev sahibi mənalı-mənalı qımışdı:
- Bilirsən necə qonşularım var?..
- Yox, – dedim, – hardan?..
- Hə, bilmirsən, bilsən, belə danışmazsan. Qızıl kimi qonşulardı. Əlacımı allah kəsməsəydi dünyasında bu evi satmazdım. Belə qonşuları bir də hardan tapacağam?
- Qardaş, mənə ev lazımdı, ev alıram, – dedim, – qonşularını yox.
- Xətrinə dəyməsin, – dedi, – mən də evimin üstündə qonşularımı da satıram. Kefindi al, kefin deyil, xoş gəldin, başqasını axtar…

Nə isə, sövdamız baş tutmadı. Başqa bir evi yönnəşib aldım. Kaş heç almayaydım. O kişi-nin sözlərindəki hikmət mənə sonra çatdı. Vallah, əgər onun qonşuları təriflədiyi kimiydisə evini heç baha satmırdı. Bəlkə əksinə, ucuz satırdı. Mənim ucuz adına aldığım ev üstümə qonşularnan ondan qat-qat baha oturmuşdu…

Yığışmamışdan evə bir balaca əl gəzdirtmək fikrinə düşdüm. Ustaları tökdüm, təmirə başladılar. Bir gün gəlib gördüm ki, həyətdəki yekə su çəni yoxa çıxıb. Təzə qonşum olan əvvəlki ev sahibinin yeznəsi özüynən svarka aparatı-zadı gətirtmiş, dirəkli-mirəkli kəsdirib kiməsə dörd dirəyindən birinin qiymətinə satmışdı. Çağırıb maraqlandım ki, nə məsələdi? Zırramanın lap yekəsiymiş. Dedi ki, biz sənə evi, həyət-bacanı satmışıq, su çənini yox. Nə qədər qandırmaq istədim ki, a bala, mülkü satanda ordakı şeylərin hamısı üstündə satılır, sonradan kimsənin ordan icazəsiz bir çöpü belə tərpətməyə ixtiyarı çatmır. Bir də sən kimsən axı?.. Qanmadı. Məsləhət gördülər ki, ver polisə, polis qandırsın, onlar bunu daha yaxşı bacarırlar, ayıb elədim. Amma yeri vardı…

Evə köçəndə xəbər tutdum ki, təmir üçün aldığım qumun, sementin, boyanın, divar kağızının-filanın yalan olmasın yarısı qonşuların evlərinin xırda-para təmirinə sərf olunub. Ustalarımın saqqalının altından keçib daşımışdılar. Keçənə güzəşt, deyib səsimi çıxartmadım.

Sonra qonşulardan biri aramızdakı məftil setkanı irəli basa-basa mənim həyətimin hesabına itinə dam, toyuqlarına hin tikdi. O birisi yük maşını ilə daş hasarımı uçurtdu, yaxasını ələ vermədi. Üçüncüsü, özünə su xətti çəkəndə mənim su xəttimi partlatdı, günahını boynuna almadı. Dördüncüsü, ağaclarını sulamaq üçün təzə su şlanqımı apardı, gətirib çıxartmadı, it-bata saldı. Sonra ağacların dibini boşaltdığım qoşa-qoşa belləri çırpışdırdılar. Hansının həyət-bacamı kor qoyan to-yuq-cücəsini kişdədim, murdarlayan it-pişiyinə təpindimsə üzümə qayıtdı. Mən gileylənməkdən, inciməkdənsə, məndən incidilər…

Keçmiş ev sahibindən qalan taxta-tuxtanı həyətin bir küncündə dəstələmişdim. Bir də bax-dım yavaş-yavaş əriyir. Güddüm, qonşumu tutdum. Evdə tək idim. Həyət-bacada kimsə gözünə dəymədiyinə görə elə bilib yiyəsizlikdi. Keçib taxtalara cumub. Seçib-seçmələyib aradakı məftil setkadan həyətinə tullayırdı. Qoca kişiydi. Dindirəndə deyirdi, ölürəm. İndi qırğıya dönmüşdü…

Məni qəfil qarşısında görəndə özünü itirdi. Soruşdum ki, qonşu, mənim həyətimdə nə itin azıb? Taxtalarımı niyə oğurlayırsan? Heç saç-saqqalından utanmırsan? Bağın, damın oğurluq-do-ğurluq taxta-tuxta ilə təpili-tıxalıdı, gözün doymur?.. Söz tapmadı. Dili-dodağı təpimiş qayıtdı ki, qalanı bəsin deyil?.. Pah atonnan! Elə bil ata malını bölürdü. Bu, başqa bir əhvalatı yadıma saldı…

Təzə vaxtları həyətimin ayağındakı lazımsız köhnə su trubalarını kəsib əkişdirmişdilər. Elə bilmişdim bunun işidi. (Haçansa eşitdirmişdi ki, o çəkib.) Amma oğru o biri qonşuymuş. Məni köhnə truba yox, yenə qonşunun icazəsiz həyətimə soxulmağı yandırırdı. Qanmaz uşaq olsaydı, dərd yarıydı. Salam-kalamla yannıyıb soruşdum ki, qonşu, bu nə hərəkətdi? Ayıbını başa düşüb üzr-filan gətirməkdənsə yekə kişi dedi ki, o trubaların sənə dəxli yoxdu. Səndən əvvəlin haqq-hesabıdı. Heç bilirsən onu haçan, kimlər çəkdirib?..

Matım-qutum qurudu. Ona qalsa, aldığım mülk-üdə nə vardısa hamısı məndən əvvəlin haqq-hesabıydı. Kimin haçan neynədiyini bilməyə borclu deyildim. Nəyimə lazımdı? Əsas oydu ki, bu mülk altı-üstü, içi-çölü ilə bütünlükdə mənim şəxsi əmlakımdı. Ona bir ətək pul saymışdım!.. Truba oğrusuna bunu qandırmaq istəyirdim ki, əvvəl şübhələndiyim qonşum, həmin bu taxta oğrusu özünü yetirdi. İki qonşu tutaşdı, qaldım avsaytda. Bir-birinə köhnə trubaların məhz ona çatacığını sübut etməyə çalışırdılar. Onları boğuşa-boğuşa qoyub uzaqlaşdım…

Nə başınızı ağrıdım, qonşuların əlindən təzəcə evimi, mülkümü satdığa qoydum. Makler qiymətini eşidəndə əməlli-başlı təəccübləndi.

- Bəs bu qədər ucuz niyə?..
- Ucuz deyil, normal qiymətdi, – dedim. – Hələ bəlkə bir az da bahadı.
- Zarafat eləyirsən?.. – Makler güldü. – Yadımdadı, axı sən bu evi bir il bundan qabaq satdığından baha almısan. Əlavə, nə qədər də xərc çəkmisən. O vaxtdan bu vaxta filan qədər də bahalaşma olub…
- Sənlik deyil, – dedim, – müştərisini tap, sataq getsin.
- Satmağa satacağıq, – dedi. – Bu cür ucuz evi kim almaz?..
Doğrusu, mən də o cür düşünürdüm. Amma belə olmadı. Gündə evə baxmağa neçə müştəri gəlir. Hamısı da ev-eşikdən, həyət-bacadan razı qalır. Di gəl axırda müəmalı-müəmalı soruşurlar:
- Axı bu cür evi niyə belə ucuz satırsan?..
And verirlər ki, səbəbini, sirrini açım. Yalan danışmaqdan zəhləm gedir.
- Evin üstündə qonşularımı da satıram, – deyirəm, – ona görə qiyməti belə ucuzdu.
Heç nə başa düşməyib gözlərini döyürlər.
- Axı o hesabla, gərək baha satasan, – deyirlər. – Evin qiyməti, üstəgəl qonşuların qiyməti…
Düzü, qonşularımı pisləməyə dilim dönmür. Arvad qiybəti kimi çıxacağından, başqa cür yozulacağından qorxuram. Deyə bilmirəm ki, qonşularımın qiymətini evimin qiymətinin üstünə gəlməyin, əksinə, üstündən çıxın. Onda özünüz də görəcəksiniz ki, belə bir qiymət alınır…

İnanırsınız, bu tutuşla evi hələ də sata bilməmişəm. Ağlı bir şey kəsməyən müştərilər sonda başlarını bulayıb gedir, bir daha geri qayıtmırlar. Əziz oxucularım, keçib, bu dəfəki cızma-qaramı elan, reklam-filan kimi bir şey sayın. Kim bilir, bəlkə sizin aranızda mənim qonşularımla yaşamağa biri tapıldı. İşdi-şayət, belə bir şans düşsə, qiymətdə bir az da yenərəm. Oxucularıma xüsusi hörmətim var. Ünvanı maklerlərin hansından soruşsanız, deyəcəklər. Hamısı məsələdən halıdı. Bir xahişim var, yüz ölçüb bir biçməyən, ciddi fikri olmayanlar məni havayıdan yazı-pozumdan ayırmasınlar…

S O N

Haqqımda:

1950-ci ildə Ağdam rayonunda anadan olmuşam. Keçmiş Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsini bitirmişəm. Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə kitabın müəllifiyəm. Hər il “Azərbaycan”, “Ulduz” və başqa qəzet, jurnallarda hekayələrim, povestlərim çap edilir. 2007-ci ildə “Avropa Nəşr Mətbu Evi”nin “Ən yaxşı vətənpərvər yazıçı” Beynəlxalq Qızıl mükafatına layiq görülmüş, 2008-ci ildə Mahmud Kaşğari adına Beynəlxalq Hekayə Müsabiqəsinin qaliblərindən biri (3-cü yer) olmuşam.

E-mail: eyvaz50@mail.ru

Категория: Xəbər | Просмотров: 1749 | Добавил: ilham134 | Рейтинг: 0.0/0
Всего комментариев: 1
1 easlle  
0

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Dekabr 2009  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024