Google korporasiyası qrafik faylların yeni WebP formatını təqdim edib. Yeni işləmə təsvirlərin həcmini tanınmış JPEG, GIF və PNG formatlarından fərqli olaraq keyfiyyətə ciddi təsir göstərmədən 40 faiz azaltmaq imkanı verəcək. WebP-nin köməyi ilə Google veb-səhfilərin açılma sürətini xeyli artırmaq və internetdəki ümumi yüklənməni azaltmaq niyyətindədir. Belə ki, şirkətin məlumatına əsasən, internetdə iş zamanı ötürülən ümumi məlumatın orta hesabla 65 faizi şəkillərin payına düşür.
Lenta-nın məlumatına görə, Google artıq yeni formatın tərtibatçılar üçün nəzərdə tutulmuş ilkin versiyasını təqdim edib, Google saytında isə faylların JPEG formatından WebP formatına çevrilməsi üçün xüsusi proqram yükləmək olar.
Şirkətin mütəxəssisləri yeni işləməni internetdə yerləşdirilmiş bir milyon təsvir üzərində yoxlayıblar. Bu zaman fayllar JPEG, GIF və PNG formatlarından WebP-yə çevrilib.
Google nümayəndələrinin sözlərinə görə, faylların sıxılmamış formatlardan, misal üçün TIFF-dən çevrilməsi həcmin azaldılması baxımdan JPEG-ə nisbətən daha yaxşı nəticə əldə etmək olar.