Əsas səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 09.05.2024, 02:48

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Azərbaycan memarlıqı [2]
Şəhər,kənd,qəsəbələr [4]
Şəxsiyətlər [1]
Sorğu
Sizcə Qarabağı hansı yolla azad etmək olar?
1. Müharibə
2. Sülh
3. Bilmirəm
4. Heç bir yolla
Всего ответов: 52
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Bunları bilin

Главная » 2007 » Noyabr » 15 » Qala kəndi
20:08
Qala kəndi
                              Qala                                                                        DövlətTarix                                                           Etnoqrafiya Qoruğu

                                                                                     ÇÖRƏYIMIN DUZU

Duz Qala kəndinin istehsal sahələrindən biri olub. Qala duzu özünün kimyəvi tərkibinə və dadına, eyni zamanda rənginə görə digər ərazilərdə toplanan duzlardan fərqlənib. XIX əsrin 30-cu illərində Qalanın duz göllərindən 30000 xalvara qədər duz yığılarmış. Şura hökuməti qurulana qədər qalalılar duzdan qazanc mənbəyi kimi istifadə ediblər. Çuvallara yığılan duz dəvələrə yüklənərək Azərbaycanın müxtəlif bölgələrinə satılmağa aparılırdı. Dəvə karvanı tək duz yox, həm də tuluqlarla neft daşıyırdı. Ona görə də, kənddə dəvəçilik, atçılıq inkişaf etmişdi.

Rəvayətə görə, yerli xanlardan biri duz göllərini kəndlilərə icarəyə vermək istəyir. Lakin ertəsi gün göllərinin üstünü qan bürüyür. Bunu görən xan niyyətindən vaz keçir. Beləcə, qalalılar duz satıb çörək qazanıblar. Amma duz təkcə çörək qazanmaq üçün istifadə olunmayıb. Qala kəndindəki hamamlardan biri beca yerə “şor hamamı” adlanmayıb. Göllərin yaxınlığında yerləşən bu hamamın suyu duzlu olduğundan ondan müalicəvi məqsədlərlə istifadə edilib. Hamamsa kənddə tək deyil. İndinin özünə qədər mövcud olan bəy hamamı hələ də tarixi abidə kimi qorunur və istifadə edilir. Qalalılar danışır ki, Bakı kəndlərinə xas olan toy günü bəyi hamama aparmaq dəbi indinin özünə kimi bu ətraflarda yaşayır. Şüvəlandan, Mərdəkandan Qaladakı bəy hamamına gəlməyin özü bir tamaşadır. Toyu olan oğlan dostlarının əhatəsində hamama gəlir. Dəstəni isə musiqiçilər müşayiət edirlər. Hamam demişkən kəndin arxeoloji abidələri sırasına daxil olan qədim tikililərdən biri də “Qum hamamı”dır. Böyük təpəlikdə yerləşən “Qum hamamı” uzun müddət diqqətdən kənarda qalıb. Təpəlikdəki ovuqlar zaman keçdikcə qumdan təmizlənib və məlum olub ki, bura yeraltı hamamdır. “Qum hamamının” daha bir özəlliyi var ki, burada ibadət etmək üçün ayrıca hücrə olub. İbadət hücrəsi isə Abşeronda mövcud olan hamamların heç birində yoxdur. Ümumiyyətlə, Qala kəndinin əhli suyunun qıtlığına baxmayaraq həddindən artıq təmizliyə fikir verən olub ki, bunu da adətən müsəlman adət-ənənələri ilə bağlayırlar. Gündə beş dəfə ibadət edən müsəlmanın iki-gündən bir hamama getməyə macalı olmayıb. Hamama getmək isə qədimdə böyük bir mərasim hesab olunarmış. Belə ki, evin qız-gəlini yığılar, boğça bağlayar və dəstə-tifaqla hamama gedərdilər. Burada xınayaxdı mərasimi və sair ayinlər kənd adamlarının vaxtını çox aldığından hamam mərasimləri həftədə bir dəfə həyata keçirilirdi. Üstəlik, hamama getmək ictimai-siyasi bir hadisəyə bənzəyirdi. Oğul evləndirmək istəyən qız bəyənməyə, kəndin ağzıgöyçəkləri dedi-qoduya, yeniliklərdən xəbər tutmağa bura gələrdilər. Hamam dəsgahı az qala günün yarısını adamların əllərindən aldığından Qala camaatı ev tikərkən onun mətbəx hissəsində hökmən sutökən deyilən kiçik bir bucaq da inşa edərdi. Təndirdən çıxan, mal-qara yemləyən adamlar ibadət üçün qalxanda islam dininin tələb etdiyi təmizlik naminə burada başlarına bir dolça su tökər, yüngülvari yuyunardılar. Bütün Abşeron kəndlərindən fərqli olaraq Qala kəndlisinin hər birinin evində sutökən olub. Qoruğun ərazisinə daxil edilmiş evlər olduğu kimi saxlandığından qədim yaşayışla tanış olanlar bir neçə əsr geri qayıdırlar.

QALA EVI

Az qala 1,5 m eni olan divarlar, tağvari hörülmüş tavan, yük yerləri, Quran, cənəmaz qoymaq üçün kiçik taxçalar və qab-qacaq ləmələri. Bu ən böyük otağın mənzərəsidir. Otağın ortasındakı çuxur isə kürsü adlanır. Qışda həmin kürsünün ortasına qızarmış kömürlə dolu manqal qoyular, ev əhli də manqalın başına yığılıb çay içər, söhbət edər, nağıla qulaq asardılar. Böyük otağa mənzilin mətbəxinin və yataq otağının qapısı açılır. Yataq otağı həmişə evin pünhan hissəsi olduğundan ora nəzər salmırıq. Mətbəx hissədə isə iki yaxud bir təndir, künclərin birində sutökən, stolu əvəz edən daş masa. Ən maraqlısı mətbəx hissəsində tavanının hörülməsidir. Dudkeş şəklində hörülmüş tavan həm də buxarını əvəz edir və otağın ortasında qalanmış təndirin tüstüsü ətrafa yayılmadan həmin buxarıdan sovrulur.

Daş tavan Qala kəndinin özünəməxsus tapıntısıdır. Burada taxta çox baha olduğundan bütün işlərdə yerli sal daşlardan istifadə olunurdu. Ona görə də, XIX əsrə qədər tikilən evlərin damlarında da daşlardan istifadə olunurdu. Bu daşlar Qala kəndinin öz ərazisindən çıxan gillə hörülür və bayır tərəfdən suvanırdı. Müasir tikinti materialları ilə rəqabətə girəcək qədər keyfiyyətli yerli gil əhalinin dadına çatırdı. Yalnız daşdan istifadə olunduğundan evlər yığcam tikilirdi. Belə evlər yayın istisində sərin, qışda isti olur. Yerli gil qatı sakinlər üçün təkcə tikinti materiallarını əvəz eləmirdi. XX əsrin son onilliyinə qədər Qala gilabisi əvəzsiz bir vasitə olub. Gilabi bu ətrafda sabunu əvəz edirmiş. Onunla yuyulan saç ipək kimi yumşaq və parlaq, həm də bərk olurmuş.

MƏSCIDLƏR

Kəndin hər məhəlləsinin öz məscidi olub. Məhəllə sarıdan da ki, bütün Bakı kəndləri kimi Qala da bol olub: Qızılbaşlar, Balaverdi, Çəmbərəkənd, Qala dibi, Hacı Ramazan, Süleyman, Tərəkəmə. Bir sözlə artıq unudulmaqda olan beş məhəllə və hər məhəllənin öz məscidi. Daha bir məscid var Qalada - Cümə məscidi. Adi, dördbucaqlı bir tikilidi. Amma qapısından içəri ayaq qoyanda qədim bir saray canlanır insanın gözləri önündə. İri sal daşlardan yonulmuş sütunlar, həmin sütunların arxasında daşların içərisində ovulmuş gizli otaqlar... Yerli sakinlər hesab edir ki, bu otaqlar kəndə gələn qonaqlar üçün nəzərdə tutulub. Kimləsə tanış olmayan qərib-dərviş, çapar, gecəyə düşmüş yolçu burada gecələyə bilərmiş. Amma bu gizli otaqlar daha çox, sarayla bağlılığı gizli olmayan, hətta saraya təsir gücünə malik din xadimlərinin məscidə gələn əhalini nəzarətdə saxlamaq, onların gizli söhbətlərini dinləmək üçün lazım olduğu təsiri bağışlayır. Çünki bu otaqlara gedən yolların özləri də gizlidi. Məscidə girən adam bələdçi olmasa, heç vaxt başa düşməz ki, sütunların arxasında otaqlar mövcuddur. Otaqlara gedən gizli yollardan məscidə gələnləri müşahidə etmək üçün diqqət çəkməyən yarıqlar da var. Muzeyin direktoru bu məscidin sufilərə məxsus olmasını da güman edir. Onun fikrincə, həmin otaqlarda sufilər inzivaya çəkilirmiş.

Qalanın məhəllə məscidləri hələ də fəaliyyət göstərir. Cümə məscidi isə turistlər gələndən gələnə açılır.

Ötən yazımızda qeyd etmişdik ki, Qala kəndinə hələ də marşrut işləmir. Bu bizim kəndə gedərkən ilk rastlaşdığımız ən böyük problem idi. Qala muzeyinin direktoru Fəxrəddin müəllim deyir ki, bu problemin müsbət tərəfi də var. Qədim Qala kəndi XXI əsrin sürətindən geri qalıb. Özünün etnoqrafiyasını qoruyub saxlayan kənddə həyat inkişaf etmir, marşrutun yoxluğu üzündən isə yeni dəblər və dəyərlər hələ ki, kənd camaatına sirayət edə bilmir.

Bununla belə, qədim Qala kəndinin sakinlərinin də inteqrasiyaya, cəmiyyətə çıxmağa və hətta marşrutlardan istifadə etməyə haqları var. Təbii ki, əgər arzulayırlarsa.

KƏBUTƏR


Категория: Şəhər,kənd,qəsəbələr | Просмотров: 1756 | Добавил: aznet | Рейтинг: 0.0/0
Всего комментариев: 111 2 »
11 khalid-az  
0
angry

10 khalid-az  
0
dry dry dry dry dry

9 khalid-az  
0
cool

8 khalid-az  
0
wacko tongue wink smile sad cry dry happy cool angry

7 khalid-az  
0
sad

6 khalid-az  
0
cool

5 khalid-az  
0
angry

4 khalid-az  
0
mende qalaliyam

3 axund  
0
Ozu de yeri gelmishken
Men oraliyam

2 axund  
0
Bilmiyen ozunsen
Shehersalma yek
Sora????????????????????
tongue

1-10 11-11
Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Noyabr 2007  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
   1234
567891011
12131415161718
19202122232425
2627282930
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024