Əsas səhifə | Qeydiyyat | Giriş | RSSÇərşənbə, 08.05.2024, 22:07

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Azərbaycan memarlıqı [2]
Şəhər,kənd,qəsəbələr [4]
Şəxsiyətlər [1]
Sorğu
Bu saytı nece qiymətləndirirsiniz?
1. Əla
2. Dəhşət pisdir!
3. Yaxşı
4. Pis deyil
5. Pis
Всего ответов: 63
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Bunları bilin

Главная » 2008 » Yanvar » 22 » Abşeron lövhələri: Mərdəkan
21:57
Abşeron lövhələri: Mərdəkan
 

Şıx qalası

16 metr hündürlüyündə inşa edilmiє qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Silindr formalı qalanın qülləsinə qalxmaq üçün bir yolu, üç otağı var. Qalanın quruluşu elədir ki, otaqlardan və qüllədən giriş qapısını nəzarətdə saxlamaq mümkündür. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsudun oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib. Əvvəlki illərdən bircə fərq odur ki, qalanın ərazisi müəyyən edilib, ətrafı dəmir çənbərlə hasarlanıb. Qapısı isə bağlıdır. Yaxınlarda təmir edilib turistlərin ixtiyarına verilməsi gözlənilir. Qala bələdçisini və Mərdəkan əhlini, o cümlədən, qalaya yalnız kənardan tamaşa etmək imkanı olan xarici qonaqları gözləməkdə olsun.

 
Mərdəkan məscidləri 
 
Bakı kəndlərinin özəl xüsusiyyətlərindən biri də onların yerləşdiyi əraziyə qəsəbə deyəndə sakinlərinin qəzəblənməsidir. Çünki hər bir kəndin цzünəməxsus xüsusiyyətləri, adət-ənənəsi və bəzilərinin hətta özəl dilləri də var. Qəsəbədə isə bu anlayışlar bir qədər qloballaşır. Ona görə də Mərdəkan günü-gündən böyüyüb inkişaf etməsinə baxmayaraq sakinləri üçün dünyanın ən gözəl kəndidir. Bu statusu onlar hətta şəhər adına belə dəyişməzlər. Kəndin iki tarixi abidə sayıla biləcək məscidi var.

Tuba-Şahi məscidi

Böyük qalanın bir addımlığında qərar tutan məscid 1372-ci ildə Hacı Nurəddin Hacı Bahəddin İbn Əbailin sifarişi ilə inşa edilib. Belə güman edirlər ki, məscid qala əhlinin ibadət etməsi üçün nəzərdə tutulub. Monqol-tatar yürüşləri zamanı tamamilə dağıdılıb və 1482-83-ci ilərdə I Xəlilullahın göstəriєi ilə yenidən bərpa edilib. Məscidin girişində dama qalxmaq üçün daş pillələr var. Bələdçim hər gün bu pillələrlə dama qalxıb azan verildiyini desə də, birtəhər qaranlıq pillələrlə dama qalxandan sonra düşünürəm ki, buradan həm də xilas yolu kimi istifadə edilib. Düşmən hücumları zamanı həmin pillələrlə dama qalxıb kəndin tam əks istiqamətinə düşmək mümkün olub. Tağvari tavanları olan məscid digər müqəddəs tikililərdən bir qədər alçaqdır. Azərbaycanda ateizmi həyata keзirəndə məscid də təyinatını dəyişib. 1920-31-ci illərdə bolşeviklər məsciddən kolxoz anbarı, sonra isə kontor kimi istifadə ediblər. 1965-ci ildən muzey kimi fəaliyyət göstərən Tuba-Şahi məscidi bir də Qanlı Yanvar hadisələri zamanı öz missiyasını yerinə yetirməyə başlayıb. Mərdəkan əhli kənd icra nümayəndəliyinin binasına gedərək məscidin boşaldılmasını və camaatın ibadətinə şərait yaradılmasını tələb ediblər. Muzeyin eksponatları siyahıya alınaraq fonda verildikdən dərhal sonra məscid yenidən mьqəddəs ocağa çevrilib. Qala ərazisinə daxil olan məscid indi həm tarixi abidə, həm də ibadət yeri kimi fəaliyyət göstərir.

Категория: Şəhər,kənd,qəsəbələr | Просмотров: 1633 | Добавил: easlle | Рейтинг: 3.0/2
Всего комментариев: 3
3 exadmin  
0
bu shekilde gorunen nedi ay memarlar

2 Ilham  
0
Easlle bu melumatlara gore cox sagol.

1 easlle  
0
deyin gorek necedi bu ish melumat xoshuvuza gelir? smile smile smile smile smile

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Yanvar 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
 123456
78910111213
14151617181920
21222324252627
28293031
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024