16 metr hündürlüyündə inşa edilmiє qala sırf keşikçi məntəqəsi missiyasını daşıyıb. Silindr formalı qalanın qülləsinə qalxmaq üçün bir yolu, üç otağı var. Qalanın quruluşu elədir ki, otaqlardan və qüllədən giriş qapısını nəzarətdə saxlamaq mümkündür. Qalaya mərdəkanlılar İşıq qalası deyirlər. Tarixi mənbələrdə isə göstərilir ki, qalanın yerləşdiyi ərazi Səid Əbdüxxeyir şeyxə məxsus pay torpağıdır. Ona görə tikilinin adı əvvəlcə Şeyx, Şıx qalası, zaman keçdikcə yerli əhalinin dilində təhrif olunaraq İşıq qala kimi formalaşıb. Tarixi 1232-ci ilə aid edilən qalanın daş kitabəsində onun Məsudun oğlu Əbdülməcid tərəfindən inşa edildiyi göstərilib. Əvvəlki illərdən bircə fərq odur ki, qalanın ərazisi müəy
... Читать дальше »
Buzovna qəsəbəsi Paytaxt Bakı şəhərindən 38 kilometr aralıda yerləşən Buzovna kəndi Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri hesab olunur. Bu ərazilərdə əhalinin məskunlaşması eramızdan əvvəl III əsrə təsadüf edilir. Qədimdə bu ərazilərdə kənd əhalisi köçəri həyat tərzi sürmüş, taxılçılıq, maldarlıq və balıqçılıqla məşğul olmuşdur. Həmçinin Azərbaycanın digər bölgələrindən də yay aylarında bu ərazilərə gələnlər mal-qara saxlayırdılar. Məhz bu amili nəzərə alaraq Buzovna kəndinin adı maldarlıqla əlaqədar yaranması və “buzov” mənasını verməsi güman olunur. Lakin bəzi tarixi qaynaqlarda (XIII-XIV əsrlər) bu ərazi “Bozok” tayfalarının adı ilə bağlıdır. Bozok tayfaları qış aylarında bu ərazilərdə məskunlaşmış və təsərrüfat ilə məşğul olurdular. Yay aylarında isə onlar dağlara çəkilirdilər. Buzovna özünün qədim
... Читать дальше »
Duz Qala kəndinin istehsal sahələrindən biri olub. Qala duzu özünün kimyəvi tərkibinə və dadına, eyni zamanda rənginə görə digər ərazilərdə toplanan duzlardan fərqlənib. XIX əsrin 30-cu illərində Qalanın duz göllərindən 30000 xalvara qədər duz yığılarmış. Şura hökuməti qurulana qədər qalalılar duzdan qazanc mənbəyi kimi istifadə ediblər. Çuvallara yığılan duz dəvələrə yüklənərək Azərbaycanın müxtəlif bölgələrinə satılmağa aparılırdı. Dəvə ka
... Читать дальше »