Əsas səhifə | Qeydiyyat | Giriş | RSSCümə axşamı, 25.04.2024, 11:10

AzNET Hər şey burada!




Daxil ol
Login:
Şifrə:
Menyu
Bölmələr
Azərbaycan memarlıqı [2]
Şəhər,kənd,qəsəbələr [4]
Şəxsiyətlər [1]
Sorğu
Sizcə Qarabağı hansı yolla azad etmək olar?
1. Müharibə
2. Sülh
3. Bilmirəm
4. Heç bir yolla
Всего ответов: 52
Statistika

Cəmi online: 1
Qonaqlar: 1
İstifadəçilər: 0

Bunları bilin

Главная » 2008 » Aprel » 4 » Xudu Məmmədov
21:12
Xudu Məmmədov
İstedadlı alim, kövrək qəlbli insan

Xudu Məmmədov


Xudu Məmmədov səksən il əvvəl Qarabağda - Ağdamın Mərzili kəndində dünyaya göz açmışdı. Atası Surxay kişi tanınmış ziyalılarımızdan biri olub. Leninqrad Tikinti Akademiyasını bitirmişdi. Anası Yaxşı xanım evdar qadın idi. Üç övladı - Xudunun, Oqtayın, Məhbubun üstündə yarpaq kimi əsər, onların təlim-tərbiyələrinə ciddi diqqət yetirərdi
Doğma kəndlərində 7 illik məktəbi bitirəndən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil alıb. 1946-cı ildə o, Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olub. Ali təhsilini başa vurandan sonra Azərbaycan EA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki respublikamızda, keçmiş ittifaq məkanında ən istedadlı tədqiqatçı kimi tanınır. Kəşfləri, ixtiraları, sanballı elmi məqalələri maraqla qarşılanır, müəllifinə şöhrət gətirir, nüfuz qazandırır. Nəhayət, çəkdiyi əziyyətlər üzünə gülür. 28 yaşında keçmiş SSRİ məkanında ilk dəfə "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə uğurla namizədlik dissertasiyası müdafiə etmiş, geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdı.
Alimin dostlarından biri, şair-publisist, erkən dünyasını dəyişmiş Şahmar Əkbərzadənin xatirə-qeydlərində oxuyuruq: "Xudu müəllim sadə, təvazökar, həddən artıq qayğıkeş idi. Söhbətləşən zamanı az danışardı. Bəzən mənə elə gələrdi ki, o, demədiyini baxışları ilə həmsöhbətinə çatdırır. Onun xarakterinə uyğun heç bir ədəbi əsərlərin obrazlarına, nağıl-dastan qəhrəmanlarına rast gəlməmişəm. Xoş xəbər eşidəndə fərəhlənər, şadlanardı, çöhrəsinə nur gələrdi. Bəd soraqdan isə sifəti göyərər, əlini ürəyinin üstünə qoyardı. Elə köks ötürərdi ki, eşidənin bağrı dağlanardı".
Seçdiyi elmi mövzuya uyğun axtarışların cəfakeşi olan X.Məmmədov daim yeniliyə, tərəqqiyə meyl göstərərdi. Alim, ziyalı kimi sübutuna çalışdığı tapıntılar barədə danışmaqdan çox yazılı məlumatlar verərdi. Onun doktorluq işinin müdafiəsinin mövzusu dünyada elmi hadisə kimi qarşılanmışdı. Dərc etdirdiyi məqalələrində nəyinsə kəşfini, təsdiqini diqqətə çatdırmağa çalışmazdı. Elmi həqiqəti o qədər inandırıcı şəkildə təsvir edərdi ki, oxucuda heç bir şübhə qalmazdı. Bu barədə akademik Teymur Bünyadov yazıb: "Xudu Məmmədov kristalloqrafiya elmi sahəsində ingilislərin, yaponların və bəzi qabaqcıl dövlətlərin alimlərinin fikirlərini təkzib etmiş, öz kəşflərini, dünya əhəmiyyətli ixtiralarını yaratmışdır. Xudunun ixtiraları təkcə elmi, nəzəri deyil, həm də böyük təcrübi əhəmiyyət kəsb edir. Elmimizdə, həyatımızda Xudu məktəbi, Xudu dünyası yaşayır".
Xudu müəllim Azərbaycanımızın inkişafından, tərəqqisindən qürur hissi keçirərdi. İxtisas sahəsini əla bilirdi. Dost-tanışları ilə söhbətləşəndə isə deyərdi ki, millətimizin xoşbəxt gələcəyi uğrunda mübarizə aparmaq hamımızın borcudur. Bu amalla da o, Lənkəranda, Qubada, Şəkidə, Qarabağda olardı. Onun yazdığı məqaləyə istinadən Zəngilandakı 107 hektarlıq çinarlıq meşəliyi dünyada ikinci, Avropada birinci kimi tarixiləşmişdi. Hazırda işğal altında qalmış Kəlbəcərin yeraltı sərvətləri barədə də ilk dəfə məhz Xudu müəllim yazmışdı. Qeyd etmişdi ki, bu torpaq Tanrının bizlərə bəxş etdiyi sərvətdir. Onun qədir-qiymətini bilmək hər bir soydaşımızın müqəddəs borcu olmalıdır.
Həyatdan erkən köçənlər, dünyalarını dəyişənlər iki mənada: pis, yaxud yaxşı xatirələrlə yad olunurlar. Deyərdik ki, Xudu Məmmədov ömrü ərzində, həm də dünyasını dəyişəndən sonra "yaxşı adam" imici ilə tanınıb və tanınır. O, ürəyində Azərbaycanımızı yaşadar, torpaqlarımızdan, insanlarımızın əməyə sevgisindən mənəvi zövq alardı. Onun göz yaşı ilə dodaqlarındakı təbəssüm arasında bir anlıq məsafə vardı. Sıxıntısını, gileyini, incikliyini ürəyində çəkərdi. Amma gələcəyə inanırdı, haqqın gec-tez öz yerini tapacağına ümid bəsləyirdi. Elmin zirvəsinə ucaldıqca, xəyalən qayıdardı əcdadının müqəddəsliyinə, kökünə-soyadına. O, yazıb: "Məni pərvazlandıran qüvvə, doğma yuvama da qaytarır. Qarabağ təkcə qarabağlıların yox, Azərbaycanımızındır!" Ruhunuz şad olsun, böyük alim, qələm sahibi, alicənab insan!
Xudu müəllim cismən aramızda olmasa da, mənəvi dəyərlərinə, insani keyfiyyətlərinə, elmi xidmətlərinə görə həmişə bizimlədir. Daim anılır, hörməti uca tutulur, ruhuna dualar oxunur. Həmkarlarından biri Məmməd Çıraqov onu belə xatırlayır: "Dostluqda səmimi, sadə, təmiz-təmənnasız münasibətləri çox xoşlardı. Onun bütün tələbələri alimin Bəxtiyar Vahabzadə, Nurəddin Rzayevlə dostluğunun qarşısında ehtiramlarını bildirərdilər". Xudu müəllim təvazökarlığı, səmimiyyəti ilə məşhurlaşsa da, görünüşündə zəhm vardı. Onun dövri mətbuatda yazılarını oxumuşduq, adını eşitmişdik, üzünü görmüşdük. Amma cəsarət edib ona yaxınlaşa bilməmişdik. Günlərin birində tale belə görüşü bizə qismət etdi. 1988-ci ilin bahar çağı idi. Artıq ermənilər Qarabağımızda vəhşiliyə başlamışdı. Xidməti işimizlə əlaqədar həmin bölgəmizə ezam olunmuşduq. Hazırda Prezident təqaüdçüsü, teleoperator Nəriman Şıxəliyev və Ağdam Rayon Həmkarlar İttifaqının sədri Zeynal Məmmədovla Mərzili kəndinə, Xudu müəllimin görüşünə getdik. Ev muzeyinə tamaşa etdik, eksponatları lent yaddaşına aldıq. O danışmırdı, dinmirdi. "Bəli" və "yox"dan başqa heç nə demirdi. Zeynal müəllimin hövsələsi çatmadı, yarızarafat, yarıciddi soruşdu: "Qardaşım, sənə nə olub, niyə danışmırsan?"
Xudu müəllimin göyərmiş sifətinə azacıq da olsa qızartı, dəyişiklik gəldi. Handan-hana dilləndi: "Haqq işi uğrunda yürüşə çıxan ağdamlıların qarşısına gərək qadın yaylığını atmayaydı. Həmin yaylıq olmasaydı, qarşı tərəfə vaxtında layiq olduqları cavab verilərdi". Sonrakı proseslər, olaylar məlumdur.
Xudu müəllim qüdrətdən vergisi, istedadı olan söz, düha, təfəkkür sahibi idi. Dünya şöhrətli yazıçı Çingiz Aytmatov onun haqqında yazıb: "E Elmlə sənətin qeyri-adi uğurlarını kəşf edən, zəkası ilə "cansız təbiət" terminini elm tarixindən silən Xudu Məmmədovun şəxsiyyətinə də, xarakterinə də, sadəliyinə də vuruldum. Fəxr edirəm ki, türk dünyasında Xudu Məmmədov kimi ziyalı var".
İstedadlı alimin bir çox bədii yaradıcılıq nümunələri bu gün də həvəslə oxunur, dillər əzbəridir. O, "Qoşa qanad" əsərində yazıb: "İnsanın ən böyük qüdrəti ondadır ki, nəinki təbiətdəki gözəllikləri duyur, dərk edir, bunlardan həzz alır, habelə özü öz dünyagörüşünə, arzusuna uyğun gözəlliklər yaradır. Bu gözəlliklər də öz növbəsində insan üçün eyni dərəcədə həzz mənbəyinə çevrilir. Gəlin unutmayaq, gözəllik Tanrının yaratdığı ən böyük, ən canlı sənət əsəridirE"
Görüşümüzün sonunda Bəxtiyar Vahabzadə dostu Xudu müəllimin həm də gözəl şeirlər müəllifi olduğunu dedi və onun bu misralarını səsləndirdi:

Mən də səni sevdim, ey əziz diyar,
Sevgidə Məcnunla yarışmaq üçün.
Bir gün qucağında olub bəxtiyar,
Əziz torpağına qovuşmaq üçün...


Mehdi MEHDİYEV,
"Azərbaycan"


Категория: Şəxsiyətlər | Просмотров: 7149 | Добавил: aznet | Рейтинг: 5.0/2
Всего комментариев: 1
1 easlle  
0
Halal olsun bele sexsiyetlere.Sag ol qaqa materiala gore

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]
Axtar
Təqvim
«  Aprel 2008  »
B.eÇ.aÇ.C.aC.Ş.Вс
 123456
78910111213
14151617181920
21222324252627
282930
Xəbər təqvimi
DOSTLARIMIZ
  • Eyvaz Zeynalovun blogu

  • Copyright ILHAM MAMEDOV © 2024