Artıq bir dəfə bu haqda yazmışdım. Bu gün, yenə də o sayta daxil olmaq istədim. FireFox 3 də ünvan yerinə mys.gov.az yazdım, gördüm ki, heç FireFox icazə vermir ora keçidi.
Səbəb ana səhifədə kodlaşdırılmış javascript-də yazılmış scriptdir. Script kuki oğurluğu ilə məşğuldur. Bu script çox güman ki botlar tərəfindən əlavə edilib.