Çox adam hafizəsindən şikayət edir və Makedoniyalı İskəndər kimi güclü yaddaşa malik olmağı arzulayır. Deyilənlərə görə, İskəndər bütün əsgərlərinin adını əzbərdən bilirdi. Loqarifmlər cədvəlini əzbərdən yadda saxlayan akademik Landaunun da hafizəsinə qibtə etmək olar.
Lakin həsəd aparmaq lazım deyil - hər şey öz əlinizdədir. Soruşacaqsınız ki, məgər hafizəni bu dərəcədə inkişaf etdirmək mümkündürmü? Bəli, mümkündür. Alimlər sübut edir ki, insanın beyni ən xırda detalları belə yadda saxlamağa qadirdir. Bütün bu informasiyanı sonradan bərpa etmək üçün yalnız inad və mütəmadi məşqlər tələb olunur.
Hər insanın individual yadda saxlama stili var, yəni hər birimiz informasiyanı unutmamaq üçün müxtəlif üsullardan və fəndlərdən istifadə edirik. Yəqin ki, sənin də təcrübəndə hər hansı bir məlumatı ya
... Ardın oxu...