İlk məhəbbət
(hekayə)
Ədhəm krantda yaxşı-yaxşı yuyundu. Başını qaldıranda yanında qəşəng bir qızın dayandığını gördü. Nə vaxt gəldiyindən xəbəri olmamışdı.
Baxışları qızın baxışları ilə toqquşan anda kimsə çağırdı:
- Harda qaldın, Rasimə?.. - Qız səsi idi. Həyətin o başından, Zərifə xalagildəndi.
Rasimə üzünü səs gələn tərəfə çevirib:
- Gəlirəm, - dedi və əlindəki çaydanı krantın altına tutdu.
Ədhəm onları tanımırdı. Ağlı kəsəndən Zərifə xalanı o evin altında tək görmüşdü. Lənət şeytana, haçansa o evə bir kişi də girib-çıxardı. Əl ağacının köməyi ilə azar dəymiş toyuq kimi həyət-bacada sozala-sozala hərlənər, tezcə də yox olardı. Günlərin birində Zərifə xalanın tükürpədici səsi qonşu-qonumu həyət-baca ilə bir elədi... Bir səhər də durub gördülər ki, heç kim yoxdu. Camaat necə birdən gəlmişdisə eləcə də birdən çəkilib getmişdi. O vaxtdan o kişi bir də həyətdə görünmədi..
...
Ardın oxu...