Türkiyədə məşhur xalq nəfəs aləti - balaban ifaçısı Əlixan Səmədovun yeni kitabı nəşr olunub. Kitab "Balaban metodu" adlanır. Bu nəşrdə həmin musiqi aləti, onun hazırlanması, istifadə qaydaları haqqında danışılıb. Kitab üç dildə nəşr olunub: türk, rus və ingilis. Kitab PALMALİ şirkətinin dəstəyi ilə nəşr olunub. 136 səhifəlik rəngli və yüksək keyfiyyətlə çap edilən kitab balaban ifaçılarıları üçün bir yenilik olacaq. Belə ki, kitabda balabanın hazırlanması, ifası, tarixi və balaban üçün not təlimləri yer alıb. Qeyd edək ki, məşhur Azərbaycan musiqiçisi Əlixan Səmədov bir neçə ildir ki, Türkiyədə yaşayır və işləyir. Bir neçə yerli və xarici mükafatların qalibi və laureatıdır. Xəbəri Turan İnformasiya agentliyi ya
... Ardın oxu...
"Duyğu robot"larının bir insan kimi reaksiya göstərdiyi bildirilir
Onun adı "Emotibot"dur, yəni "Duyğu robotu". Ürəyi tup-tup döyünür, göbəyi sanki nəfəs alıb-verirmiş kimi qalxıb enir. Hərəkətlərə qarşı artıqlaması ilə həssas və qarşılıq verə biləcək qədər də inkişaf etmiş kiçik bir maşındır.Texnologiyanın son möcüzəsi olan "Emotibotlar", onları qıdıqlayan zaman xoşbəxt olur, əlini sərt bir şəkildə sıxdıqda, ya da çiyinlərinə basdıqda kədərlənirlər. "Duyğu robot"larının bir insan kimi reaksiya göstərdiyi bildirildi.