11 kənd və yüksəklik gürcü ordusunun nəzarətinə keçib
Cənubi Osetiyanın inzibati mərkəzi Sxinvali şəhərinin bir sıra rayonları 600-ə yaxın gürcü hərbçisinin nəzarətindədir. “Rustavi-2” telekanalının verdiyi məlumata görə, Sxinvali ətrafında Gürcüstan qoşunlarının nəzarəti altına keçən kəndlərin sayı 11-ə çatıb. Şəhər ətrafındakı yüksəkliklərə də hökumət qüvvələri nəzarət edir. Separatçıların lideri Eduard Kokoytı və Rusiyanın Şimali Osetiya Muxtar Respublikasının prezidenti Teymuraz Mamsurov isə Sxinvaliyə tam nəzarət etdiklərini və döyüşlərin şəhər ətrafında getdiyini bildiriblər. Gürcüstanın baş naziri Vladimir Qurgenidze əhalini sakitliyə çağırıb: “Bu gün ölkədə adi iş günüdür. Biz adi vaxtlarda olduğu kimi, işləyirik”. B
... Ardın oxu...