Mariya Stadnik Pekin Olimpiadasında Azərbaycana daha bir medal qazandırıb
Bu gün XXIX Pekin Yay Olimpiya Oyunlarında qadın güləşçilər mübarizəyə qoşulublar. Döşək üzərinə çıxan Azərbaycanın hər iki idmançısı ilkin mərhələdə məğlubiyyətlə üzləşib. Yığmamızın ukraynalı legioneri Mariya Stadnik (48 kq) 1/8 finalda Karol Huyna (Kanada) uduzub. Rəqibi finaladək irəlilədiyindən M. Stadnik təsəlliverici mərhələyə qatılmaq imkanına yiyələnib. Avropa çempionumuz olimpiadanın bürünc medalı uğrunda ilk görüşdə koreyalı Hyunq-Yo Kimi üstələyib - 1:0; 3:2. 20 yaşlı pəhləvanımız həlledici görüşünü Tatyana Bakatyuka (Qazaxıstan) qarşı keçirib. İlk hissədə 2:1 hesabı ilə üstün olan M. Stadnik növbəti hissədə
... Ardın oxu...